Şəmkirdə iki maşın toqquşdu - Ölən və xəsarət alanlar var

img

23-07-2019 [20:29]


Şəmkir rayonunun Seyfəli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, iyulun 22-də saat 8 radələrində Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Gəncə şəhər sakini Rahib Zeynalovun idarə etdiyi "VAZ-2107” və Gədəbəy rayon sakini T.Gülməmmədovun idarə etdiyi "VAZ-2121” markalı avtomobillər toqquşub. Nəticədə R.Zeynalov hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR