"1 həftəyə savaşı qazanar, 10 günə isə dünyadan silərik" - Tramp Xanla görüşdə Kabilə meydan oxudu

img

23-07-2019 [09:51]


ABŞ prezidenti Donald Tramp Ağ Evdə Pakistanın Baş naziri İmran Xanla görüşdən sonra çox kəskin bəyanat verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Tramp Əfqanıstanı yer üzündən silə biləcəklərini açıqlayıb: "Bəli, Əfqanıstandakı savaşı bir həftə içində qazana bilərik. 10 gün içində isə Əfqanıstanı dünyadan silə bilərik. Ancaq 10 milyon insanı öldürmək istəmirik".

Pakistandan Əfqanıstandakı vəziyyətlə bağlı dəstək istəyən Tramp deyib ki, 19 ildir orada əsgər kimi deyil, polis kimi davranıblar: "İndisə düşünürəm ki, ən yaxşı yol oradan əsgərlərimizi çəkməkdir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA