Avropa Oyunları: samboçumuz yarımfinala çıxdı

img

22-06-2019 [12:13]


"Minsk 2019” II Avropa Oyunlarında çıxış edən samboçumuz yarımfinala çıxıb.

Mia.az xəbər verir ki, 68 kq çəkidə çıxış edən Emil Həsənov rumıniyalı Soke Laslo-Joltla 6:3 hesabı ilə qalib gəlib. O, bu gün saat 13:28-də başlayacaq yarımfinalda gürcüstanlı Mindia Liluaşvili ilə qarşılaşacaq.

Digər samboçulara gəlincə, Mehman Xəlilov (57 kq) belaruslu Vladislav Burdza 1:4, Ceyhun Hüseynov (82 kq) isə gürcüstanlı Berulava Besarioniyə 0:5 hesabı ilə uduzub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA