Bakıda lombarda saxta qızıl verən şəxs saxlanılıb

img

18-06-2019 [11:49]


Bakıda lombarda saxta qızıl verən şəxs saxlanılıb. 

DİN-in Mətbuat xidmətindən Mia.az-a veriləın məlumata görə, iyunun 17-də Xətai rayonu ərazisindəki lombardların birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal həmin ünvana gəlmiş polis əməkdaşları tərəfindən lombarda saxta qızıl verən şəxsin 1300 manat pul alaraq qaçdığı müəyyən edilib.

Polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs saxlanılaraq 36-cı Polis Bölməsinə təhvil verilib.

Onun Bakı şəhər sakini E.Mustafayev olduğu müəyyən edilib, araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA