Həmsədrləri Dağlıq Qarabağa gəliblər

img

29-05-2019 [10:55]


ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə gəliblər.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Minsk qrupunun həmsədrləri Xankəndində separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüblər.

Görüşdə cəbhə xəttindəki vəziyyət müzakirə edilib.

Xatırladaq ki, həmsədrlər mayın 27-də bölgəyə səfərə gəliblər və ilk olaraq Yerevanda olublar. Həmsədrlər Bakıya da gələcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR