21-05-2019 [09:57]
Rusiyada yaşayan jurnalist Fuad Abbasovla bağlı vəziyyət gərginləşib.
Mia.az xəbər verir ki, bu barədə Musavat.com-a onun vəkili Elman Paşayev məlumat verib.
Vəkilin sözlərinə görə, bu gün təcridxanada saxlanılan jurnalistlə görüşüb. F.Abbasov vəkilinə bildirib ki, onu mayın 16-da çox ağır şəkildə, qəddarcasına döyüblər: "O internetə qoyulan fotolar düzgündür. Fuad Abbasov mayın 16-da çox sərt şəkildə döyülüb. Küçədə hüquq-mühafizə orqanı əməkdaşları onu qəddarcasına döyüb. Onlardan ikisi jurnalisti döyüb, biri isə bu hadisənin video və fotosunu çəkib. O fotoların internetdə yayılmasının əsas səbəbi isə sifarişçiyə "missiyanın” yerinə yetirildiyini sübut etmək olub. Adətən sifariş verənlər sübut istəyirlər ki, sifariş hansı formada yerinə yetirilib. Mən kriminalistəm, bu detalları bilirəm. Məqsəd o olub ki, sifarişşçiyə çatdırsınlar ki, Fuad Abbasovu sındırdıq”.
E.Paşayev bildirib ki, döyəndən sonra F.Abbasovun qoluna qandal geyindirilib. Müsahibimiz vəkillik fəaliyyəti boyunca belə bir qanunsuzluqla qarşılaşmadığını dedi. Onun sözlərinə görə, administrativ işlər üzrə heç kimin qoluna qandal vurula bilməz: "Fuad Abbasova deyilməyib ki, bu addım niyə atılır. Mayın 28-də Fuad Abbasov deportasiya edilməlidir. Amma ondan da tez ola bilər. Onu öncə küçədə, daha sonra isə polis idarəsində döyüblər. Məqsəd o olub ki, onu sındırsınlar və bunu yaysınlar”.
Vəkilin sözlərinə görə, F.Abbasov sifarişçilərin kimliyi ilə bağlı versiyalarını ona deyib. Rusiyada yaşayan həmyerlimiz hesab edir ki, sifarişçi ya erməni lobbisi, ya da Rusiyada yaşayan Azərbaycan diaspor təşkilatının rəhbəri Ağadadaş Kərimovdur: "Fuad deyir ki, polisə qəbul ediləndə bədən xəsarətlərini göstərsə də, onu qeydə almırdılar. Məhkəmədə vəkilinin gəlməsini tələb etsə də, buna məhəl qoyulmayıb. Hazırda saxlanma şəraiti və yeri normaldır. İlk 2 gün heç kimlə əlaqə saxlamağa imkan verməyiblər. Amma bu gün mən telefon verdim, bundan sonra axşam saat 7-dən 9-a qədər telefonla danışa biləcək”.
E.Paşayevin fikrincə, F.Abbasovun deportasiyası üçün heç bir əsas, səbəb yoxdur. Müsahibimiz həmyerlimizə qarşı törədilən qəddar əməliyyatda FCB-nin rolunun olmasına inanmır: "Çünki FCB kimisə döyüb, əlini-qolunu qandallamaz. Sabah tezdən hər tərəfə müraciət edəcəm. İlk olaraq istintaq komitəsinə müraciət edəcəm ki, müvəkkilim qəddarcasına döyülüb. Azərbaycanın Rusiyadakı səfirliyi də hadisə ilə bağlı məlumatlıdır. Onlara da müraciət edəcəm ki, bu olayla bağlı müvafiq qurumlara müraciət etsinlər. Mən vəkillik fəaliyyətim boyunca belə biabırçılıq görməmişəm. Azərbaycanın rəsmi səviyyədə buna reaksiya verməlidir”.
Xatırladaq ki, F.Abbasovun mayın 28-də Azərbaycana deportasiya ediləcəyi bildirilib.
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir illə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır
Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumət qərar verdi
Ədliyyə Nazirliyi Fikrət Məmmədovun kadrlarından "təmizlənir" - Nazir Fərid Əhmədov öz komandasını fortmalaşdırır (Yenilənib)
Türkiyədə daha bir mafiya çökəldildi - Lideri həbs olunub
Bu gün Prezident Ərdoğan CHP liderini qəbul edəcək