20-05-2019 [15:27]
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən növbəti hərraclardan biri iyunun 18-də keçiriləcək.
Mia.az ƏMDK-nə istinadən xəbər verir ki, hərraclara sənaye, aqrar, inşaat, xidmət və digər sahələr üzrə cəlbedici dövlət əmlakları çıxarılır. İnvestorlar geniş seçim və rahat iştirak imkanlarından istifadə edərək ölkənin müxtəlif regionlarında yerləşən dövlət əmlaklarını özəlləşdirə bilirlər.
Həmin hərraca ümumilikdə 98 dövlət əmlakı çıxarılıb. Bunlardan 32-si kiçik dövlət müəssisə və obyekti, 15-i səhmdar cəmiyyətinin dövlətə məxsus səhm paketi, 48-i nəqliyyat vasitəsi, 3-ü isə qeyri-yaşayış sahəsidir.
Özəlləşdirməyə çıxarılan kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 7,5 kvadratmetr ilə 9 min 297 kvadratmetrdir.
Ucar şəhəri, H.Sultanov küçəsindəki dövlət müəssisəsinin ümumi faydalı sahəsi 189,4 kvadratmetrdir. Tikiş fabrikinin filialı olan əmlak 5 min kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. Sərmayəçi tərəfindən investisiyanın yatırılması və yenidən qurulması bu dövlət əmlakını yüngül sənaye sahəsində gəlirli obyektə çevirə bilər.
Səhmdar cəmiyyətlərinin 30-45 faizlik dövlətə məxsus səhm paketləri hərraca çıxarılıb. Səhmdar cəmiyyətlərindən 8-i aqrar, 5-i nəqliyyat, 2-si isə sənayə sektorlarına aiddir. Onlar arasında "Anar”, "Zaqatala Fındıq”, "Xəzər Avtonəqliyyat” kimi müəssisələr var.
Özəlləşdirməyə çıxarılan qeyri-yaşayış sahələri paytaxtda, Abşeron rayonunda və Gəncə şəhərində yerləşir. Xırdalan şəhəri, 27-ci məhəllədəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 53,2 kvadratmetrdir. Xidmət və ofis obyekti kimi istifadə uyğun olan dövlət əmlakı üçün təyin olunan ilkin qiymət 14 min manatdır.
Hərracda avtomobil sahibi olmaq istəyənlər üçün də geniş seçim imkanları var. Belə ki, buraxılış tarixləri 1995-2007-ci illər olan nəqliyyat vasitələri arasında "Nissan”, "Hyundai”, "Ford”, "Daewoo” və digər markalardan olan avtomobillər var. Bu növ dövlət əmlakları üçün təyin olunan ilkin qiymət 1000 manat ilə 6 min manat arasındadır.
Dövlət əmlaklarının özəlləşdirilməsi prosesinə qoşulmaq olduqca sadədir. Bunun üçün hər kəs komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Seçim, qeydiyyat və sifariş prosedurlarını yerinə yetirən şəxs canlı və ya onlayn formada hərracda iştirak statusu qazanır.
Bu dövlət qurumlarına məxsus maşınlar hərraca çıxarıldı - SİYAHI
Beş kollecin direktoru dəyişib
Prezident İlham Əliyev sərəncam imzalayıb
Sabah yağış yağacaq
Xalq artistinin dəbdəbəli bağ evi... - VİDEO
General Əli Nağıyev DTX-nin Akademiyasında: "Ayıq-sayıq olmalı..." - VİDEO, FOTOLAR
Hikmət Sabirabadlının dostunun oğlu haqda qərar verildi - “Qanuni oğru” isə deport olunacaq
Sabirabad sakini Kürdə boğulub
Azərbaycan nefti ucuzlaşdı
Bu gün Azərbaycanda Aşuradır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb
ÖLKƏ LİDERLƏRİ XANKƏNDİDƏ: 17-ci Zirvə görüşündə mühüm mesajlar verildi - ÇIXIŞLAR + VİDEO (YENİLƏNİB)
SOCAR-da daha bir təyinat - FOTO
İran prezidentinin Xankəndinə səfəri başa çatıb - FOTO (Yeniləniib)
Şuşada İlham Əliyevin adından Zirvə görüşünün iştirakçılarının şərəfinə rəsmi nahar verilib - FOTO
"Başakşehir" qapıçısının müqaviləsini uzadıb
Türkiyədə 180 siyasi partiya var - Ən çox üzvü olanla ən az üzvü olan təşkilatın adı açıqlanlıb
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
"Fənərbağça" bu oyunçu ilə müqaviləni uzadıb
DEPUTATLAR DAHA 15 MƏSƏLƏNİ MÜZAKİRƏYƏ ÇIXARACAQ - Siyahı
"Milan" yarımmüdafiəçi transfer edib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
Osayi-Samuel "Birmingem Siti"yə transfer olub
Fatih Terimin yerinə məşhur məşqçi gətirilib
"Beşiktaş"ın Avstriya heyəti açıqlanıb
"Atletik Bilbao" Niko Uilyams ilə müqavilə uzadıb
"Liverpul" vəfat edən futbolçusu ilə bağlı məlumat yayıb
Super Liqanın püşkü atıldı - Derbi oyunları nə vaxt oynanılacaq?
"Yuventus" Conatan Davidi transfer edib
Şair Məmməd İsmayıl xəstəxanaya yerləşdirilib
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR (Yenilənib)
Ölkə başçıları Xankəndidə çay sürfəsi arxasında - VİDEO, FOTOLAR
“Moody’s" Azərbaycanın kredit reytinqini yüksəldib - Açıqlama
Qəzza zolağında savaş: 37 fələstinli həlak olub
Milli Məclisin növbəti iclası iyulun 8-də olacaq
Ermənilər Bakıda hakim qarşısında - Zərərçəkənlər ifadə verirlər
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Şəxsiyyət vəsiqəsində dəyişiklik təsdiqləndi - Yaşayış yeri və...
Əmlakla bağlı yeni qanun qəbul olunub
Türkiyənin 32,5 faizi heç bir partiyaya inanmır - SORĞU