20-05-2019 [15:06]
ƏSA Teatrının rəhbərliyi Mədəniyyət naziri Əbülfəs Qarayevə maraqlı faktlarla zəngin müraciət ünvanlayıb.
Teatrdan Mia.az-a daxil olan müraciəti olduğu kimi təqdim edirik:
"Cənab nazir!
İnklüziv ƏSA Teatrı yarandığı gündən bu yana bir çox çətinliklərlə rastlaşır. Bu çətinliklərdən xəbərdar olan şəxslər (həm incəsənət xadimləri, həm də sıravi tamaşaçılar) tez-tez mənə deyir ki, sənin əvəzinə kim olsaydı, bu qədər dözməzdi.
Təbii ki, burada məsələ təkcə mənlik deyil. Problemlər bütün komandamıza təsir edir. Yəni mənlik yox, bizlikdir. ƏSA ailəsi olaraq çox dözümlüyük deyə şikayətlənmək istəmirik. Amma bəzən də görürük ki, susmaqla alınmır. Müəyyən problemləri dilə gətirmək lazımdır. Lazımdır ki, bir həlli tapılsın.
İndi sizə o problemlərdən biri haqda yazıram.
Aprelin 29-da dövlət teatrlarından birində "Adamlar və siçanlar” tamaşasını nümayiş etdirdik. Dəyərli tamaşaçılarımız zalı tamamilə doldurmuşdu. Tamaşa çox müsbət əhval-ruhiyyədə baş tutdu.
Səhnəsində tamaşa oynadığımız dövlət teatrına cəmi 9 iş saatı üçün 1000 (min) manat ödədik. Bu məbləğ stabil maliyyəsi olmayan teatrımız üçün kiçik məbləğ deyil.
Bizdən soruşurlar ki, inklüziv teatr nə üçün tamaşa oynamaq üçün dövlət teatrlarına pul ödəyir ki?
Bu sualın cavabını özümüz bilməsək də, qayda belədir. Biz də istədik ki, sakit formada bu qaydaya riyaət edək. Təki tamaşa nümayişimiz baş tutsun.
"Adamlar və siçanlar” tamaşasının nümayişi zamanı həmin teatr rəhbərliyi və kollektivi bizimlə olduqca xoş davrandı, tamaşanın yaxşı keçməsi üçün dəstək oldular. Yəni ödənilən məbləğin qarşılığını verdilər.
Lakin keçən günlərdə ƏSA Teatrının "Paris partladı” tamaşasının nümayişi üçün həmin dövlət teatrına müraciət edəndə bildirdilər ki, teatr mövsümünün sonuna qədər bir gün də olsa, boş olmayacaq və teatrımız bu dəfə onlara 1000 (min) manat yox, 2000 (iki min) manat ödəməlidir.
Nə üçün 2000 manat tələb etdiklərini açıqlamadılar. Lakin biz düşünürük ki, tamaşanın anşlaqla keçdiyini görüb, bizim çox bilet satdığımızı və "varlı teatr” olduğumuzu düşünüblər. Halbuki "iTicket.Az” vasitəsilə satılan biletlərdən cəmi 1750 (bir min yeddi yüz əlli) manat əldə olunmuşdu. Bunun da 1000 (min) manatını həmin dövlət teatrına ödədik. Qalan 750 (yeddi yüz əlli) manatı da hər biri 50 (əlli) manat olmaqla aktyorlar və digər əməkdaşlar arasında bölüşdürdük.
Belə olan vəziyyətdə biz cəmi 9 iş saatı üçün dövlət teatrına necə və niyə 2000 (iki min) manat ödəməliyik?
Axı biz sadəcə sevdiyimiz işlə məşğul olmaq istəyirik.
Axı ƏSA Teatrı Azərbaycan mədəniyyəti üçün, bütövlükdə cəmiyyətin inkişafı naminə nələrsə etməyə çalışır. Axı niyə sevdiyimiz işlə məşğul olmaq bizimçün bu qədər çətinləşdirilir? Biz demirik ki, dövlət teatrları bizə pulsuz xidmət etsin. Tamaşaçı sayı çoxdur deyə ödənişi birdən birə ikiqat artırmaq Sizcə ədalətsizlik deyilmi? Siz ki ƏSA Teatrının kommersiya ilə məşğul olmadığını bilirsiniz. Biz nə qədər öz məqsədlərimiz haqda danışmalıyıq. Fəaliyyətimiz göz qabağında deyilmi? Bir neçə aydan sonra ƏSA Teatrının 3 yaşı tamam olacaq. Amma hələ də belə utancverici problemlərlə üzləşməkdə davam edirik.
Ötən il isə dövlət teatrlarından birinin səhnəsində tamaşa nümayişindən dərhal sonra tamaşanın dekorasiyalarını aparmağımızı tələb edirdilər. Əks halda bayıra atacaqdılar. Sanki biz düşmənik və yaxud onlara əks fəaliyyətlə məşğul olmuşuq.
Cənab nazir!
Bu yerdə mənim mədəniyyət naziri kimi Sizə müraciət etməkdən başqa çıxış yolum qalmır.
Yəqin ki, ölkədə yeganə inklüziv teatrın varlığından xəbərdarsınız. Lakin qısa olaraq ƏSA Teatrı haqda məlumat verməyi özümə borc bilirəm. ƏSA Teatrı 2016-cı ilin sentyabr ayında ölkənin ilk inklüziv teatrı kimi yaradılıb. Hələ ki, Azərbaycanda və region ölkələrində analoji teatr yoxdur. Teatrın fəaliyyət məqsədi ölkədə inklüziv incəsənətin inkişafına təkan vermək, o cümlədən əlilliyi olan və olmayan şəxslərin birgə fəaliyyətini təmin edərək, cəmiyyətimizdə müsbət dəyişikliklər yaratmaqdır. Fəaliyyət göstərdiyimiz müddət ərzində nəcib məqsədlərə müəyyən qədər çatmışıq və bu gün də yolumuza davam edirik. Biz peşəkar teatr olmağa iddialıyıq və tamaşalarımıza gələnlərin fikri deməyə əsas verir ki, biz artıq peşəkarlıq yolunda ilk addımlarımızı atmışıq. ƏSA Teatrı müxtəlif zamanlarda dünya mediasında Azərbaycan teatrı kimi tanıdılıb, beynəlxalq layihələrdə ölkəmizi təmsil edib. Lakin təəssüflə bildirirəm ki, teatrımızın vəziyyəti o qədər də ürəkaçan deyil. İcarədə olduğumuz darısqal məkana hər ay yüksək məbləğdə icarə haqqı ödəyirik və ən acınacaqlısı da budur ki, yuxarıda qeyd etdiyim kimi tamaşa nümayişləri üçün dövlət teatrlarında bizə şərait yaradılmır.
Cənab nazir!
ƏSA Teatrı inanır ki, açıq müraciətimiz Sizə çatdırılacaq. Çünki dəfələrlə Sizə məktub yazaraq, teatrımızın mövcud çətinlikləri barədə məlumat vermişik. Lakin müraciətlərimiz Sizə yox, nazirliyin hansısa bizim problemləri həll etmək gücü olmayan məmuruna yönəldilib. Məhz, buna görə də Sizə açıq müraciət ünvanlamaqla Sizi məlumatlandırmaq qərarına gəldik. İnanırıq ki, müraciətimiz ünvanına çatanda ƏSA Teatrının problemləri qismən də olsa həllini tapacaq və dövlət teatrlarında hər ay davamlı tamaşa nümayişlərimiz üçün bürokratik əngəllər yaradılmayacaq, cəmi 1 günlük səhnə icarəsi üçün qiymətlər kəllə-çarxa çıxmayacaq.
Sonda Sizi tarixini hələ də müəyyənləşdirə bilmədiyimiz tamaşa nümayişinə dəvət edirik. Əminik ki, ƏSA Teatrının bircə tamaşasına baxmaqla Azərbaycanda inklüziv incəsənətin sərhədsiz olduğunu və ölkəmiz üçün gərəkli olduğunu Siz də təsdiqləyəcəksiniz.
Hörmətlə,
Nihad Qulamzadə
Azərbaycan Respublikasının ilk və tək inklüziv teatrının yaradıcısı və rəhbəri".
MEDİA jurnalistlərə müraciət edib
"Hizbullah" İsrailə zərbə endirib - İsraildən açıqlama
Azərbaycan Kuboku: təyinatlar açıqlanıb
Axtarışda olan Azərbaycan vətəndaşları Rusiyada tutulublar
"TikTok"da qeyri-etik paylaşımlar... - Daha 3 nəfər cəzalandırıldı
Azərişıq” ASC-də yeni təyinat olub
Deputat: "Özündən həddən artıq razı məmurlar var" - "Parlament emosional qarşıdurma meydanı deyil" (MÜSAHİBƏ)
“İçərişəhər”in sektor müdiri hərbi xidmətdən necə yayınıb?
Martın 9-da buraxılış imtahanı keçiriləcək - DİM-dən xəbərdarlıq
İsrail Livanla bağlı daha bir xəritə yaydı - 30 bölgə bombalanacaq
İsrail Livanı bombalayır - Ölənlərin say artıb
İraq valisindən İranın hücumuna reaksiya: "3-cü Dünya Savaşının astanasındayıq" - "Kürdlər bu müharibəyə qarışmamalıdır"
Gedson geri dönür - İllik 3 milyon avro maaşa
İRANA QARŞI MÜHARİBƏ: 2 mindən çox hədəf vurulub - İran isə ərəb ölkələrindəki hədəflərə zərbə endirir
Trampdan Hörmüz boğazı barədə mühüm xəbərdarlıq: "Gərəkirsə..."
İran Dubayda ABŞ konsulluğunun binasını vurub - FOTO
ABŞ və İsrail müharibəni dayandıracaq? - İran Müdafiə Nazirliyindən gözlənilməz anons verildi
İran: "ABŞ-ın ikinci THAAD hava müdafiə sistemini də vurduq"
ABŞ daha bir ölkədə səfirliyini qapatdı - İranın hücumuna görə
Tramp İran şahının oğlunun üzərindən xətt çəkdi, Avropa ölkəsini təhdid etdi: "İndi əsas məsələ..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qətər təkzib etdi: "İrana qarşı müharibəyə qatılmadıq"
Ramazanın 14-cü gününün duası: imsak və iftar vaxtı
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
Qar yağacaq - Xəbərdarlıq
Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - Sərəncam + SİYAHI
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."