Mahir Qabiloğlunun növbəti romanı nəşr olundu: "İtbaşı" + FOTO

img

17-05-2019 [11:02]


Tanımış yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlunun növbəti romanı nəşr olunub.

Mia.az xəbər verir ki, üç hissədən ibarət olacaq "İtbaşı” romanının 1-ci hissəsi (310 səhifə) "Adiloğlu” nəşriyyatında çapdan çıxıb. 

Kitabın redaktoru Eldəniz Elgün, bədii dizayneri Zaur Qafarzadə, korrektoru Mahmud Qəzənfəroğludur.

Müəllif Mahir Qabiloğlu əsəriylə bağlı deyib ki,  "İtbaşı” romanı orta əsrlər dövründə Göyverən adlı şahın öz məmləkətini necə idarə etməsindən bəhs edir: "Başqa heç nə demək istəməzdim. Əsas oxucuların fikirləridir. İnanıram ki, onlar da mənim sevə-sevə yaratdığım qəhrəmanlarımı – Göyverən Şahı, İtbaşını, baş mühafiz Aslanı, baş vəzir Qurbanı, Qüdrəti, vəkil Qaplanı, baş hərəm Şahgülünü, şair Abumahiri, şair Meyxoşu... bəyənəcək, sevəcəklər”.

"Romanın ikinci hissəsi nə vaxt oxuculara təqdim olunacaq” sualına isə Mahir Qabiloğlu "sağlıq olsun. Yəqin ki, ilin sonuna tamamlayıb çapa verəcəyəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA