"Çağırın gəlim" - "Məşhur komediya ustası Baxçalıya elə cavab verdi ki...

img

12-05-2019 [14:02]


MHP lideri Dövlət Baxçalının  məşhur türk komediya aktyoru Cem Yılmazın İstanbulun CHP-li namizədi Əkrəm İmamoğluna dəstək verməsindən sonra dediyi "Mən bundan sonra Cem ılmazı sevmərəm" sözlərinə qarşı tərəfdən gülüşlə cavab verilib.

Mia.az xəbər verir ki, Baxçalının açıqlamasına "Twitter"dəəki səhifəsində şərh verən Cem Yılmaz  xalq qəhrəmanı olmadığını deyib: "Sevgili dostlar, mən bir xalq qəhrəmanı deyiləm, bir komediya ustasıyam. Həddim-hüdudum bəlli. Mənim məmləkətimlə bağlı xəyalım "hamı hamını sevsindir, sevməyən isə cəhd eləsin" formasındadır. Nevşəhər bələdiyyəsindəki dostumuz da nə zaman Nevşəhərə bir faydam tuxunarsa, çağırsın gəlim".

Cem Yılmazın tvitində təkcə son cümlələr olmayıb. Onun tvitinin sonuna gülüş işarəsi qoyması sanki MHP liderinə "sözlərin mənimçün heçdir" anlamında yozulur. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA