Prezident bu nazirliyə əlavə səlahiyyətlər verdi - Detallar

img

02-05-2019 [20:00]


Prezident İlham Əliyev "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanda dəyişiklik edib.

Mia.az xəbər verir ki, dəyişikliyə əsasən, "Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”yə 4.2.1-1-ci yarımbənd əlavə edilib.

Əlavəyə görə, Mədəniyyət Nazirliyinə "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna uyğun olaraq qoruqların ərazilərində və mühafizə zonalarında tarix və mədəniyyət abidələri üçün təhlükə yarada biləcək dövlət əhəmiyyətli tikinti və mühəndis-kommunikasiya işləri zamanı abidələrin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görülməsi barədə qərar qəbul etmək səlahiyyəti verilib.

Nazirlik həmçinin abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunmasına təhlükə yaratdıqda, onların hərəkətini məhdudlaşdıra və ya qadağan edə bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA