02-05-2019 [18:11]
Prezident İlham Əliyev "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 7 avqust tarixli 1573 nömrəli, "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 6 iyun tarixli 119 nömrəli və "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Mia.az xəbər verir ki, fərmana əsasən, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilib:
1.1. aşağıdakı məzmunda 3.1.3-1-3.1.3-5-ci yarımbəndlər əlavə edilsin:
"3.1.3-1. Qoruqların ərazisində mədəniyyət sahəsində dövlət monitorinqini həyata keçirmək;
3.1.3-2. Qoruqların ərazisində mədəni irs abidələrinin mühafizə zonalarını müəyyən etmək;
3.1.3-3. Qoruqların ərazisində mühafizə dərəcəsi olan mədəni sərvətlərin, həmçinin tarix və mədəniyyət abidələrinin mülkiyyətçisi və ya istifadəçisi ilə həmin mədəni sərvətlərin qorunmasına dair mühafizə müqavilələri bağlamaq;
3.1.3-4. konservasiya mühafizə dərəcəsi olan daşınmaz mədəni sərvətlərdən məhdud dairədə istifadə olunmasına nəzarət etmək;
3.1.3-5. qabaqlayıcı mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə razılıq vermək;”;
1.2. 3.1.13-cü yarımbənddən "və abidələrin əhəmiyyətinə dair müvafiq siyahıları tərtib etmək” sözləri çıxarılsın;
1.3. 3.1.15-ci yarımbəndə "özəlləşdirilməsinə” sözündən sonra ", icarəyə” sözü əlavə edilsin və həmin yarımbənddən "və qoruma öhdəliklərinə dair müqavilələr bağlamaq” sözləri çıxarılsın;
1.4. 3.1.16-cı yarımbənddə "məhdudlaşdırılması və ya qadağan edilməsi üçün qanunvericiliyə uyğun qaydada tədbirlər görmək” sözləri "hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək” sözləri ilə əvəz edilsin;
1.5. aşağıdakı məzmunda 3.1.16-1-ci və 3.1.16-2-ci yarımbəndlər əlavə edilsin:
"3.1.16-1. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qoruqların ərazilərində və mühafizə zonalarında tarix və mədəniyyət abidələri üçün təhlükə yarada biləcək dövlət əhəmiyyətli tikinti və mühəndis-kommunikasiya işləri zamanı abidələrin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görülməsi barədə qərar qəbul etmək;
3.1.16-2. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, yerli əhəmiyyətli abidələrin köçürülməsinə icazə vermək, döyüş təhlükəsi olan ərazilərdən və döyüş zonalarından daşınar abidələrin köçürülməsini həyata keçirmək;”;
1.6. 3.1.22-ci yarımbənddə "qanunvericiliyə uyğun olaraq icazə verilən arxeoloji işləri” sözləri "qanuna uyğun olaraq icazə verilən arxeoloji qazıntı və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda yerinə yetirilən elmi tədqiqat işlərini” sözləri ilə əvəz edilsin;
1.7. 3.1.23-cü yarımbənddə "dövlət qeydiyyatına alınması, pasportlaşdırılması” sözləri "siyahıya və dövlət qeydiyyatına alınmasını, pasportlaşdırılmasını həyata keçirmək” sözləri ilə, "əhəmiyyəti” sözü "əhəmiyyət dərəcəsi” sözləri ilə əvəz edilsin;
1.8. 3.2.8-ci yarımbənddə "qazıntı işlərinin aparılmasını təşkil edən” sözləri "bu Nizamnamənin 3.1.22-ci yarımbəndində qeyd olunan işləri aparan (yerinə yetirən)” sözləri ilə əvəz edilsin və həmin yarımbəndə "hesabat” sözündən sonra "və arxeoloji qazıntı zamanı aşkar olunmuş maddi mədəniyyət qalıqlarının siyahısını” sözləri əlavə edilsin.
2. "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1209, № 10, maddə 2002) aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə” üzrə:
2.1.1. 3.2.9-cu yarımbəndə "hesabat” sözündən sonra "və arxeoloji qazıntı zamanı aşkar olunmuş maddi mədəniyyət qalıqlarının siyahısını” sözləri əlavə edilsin;
2.1.2. 3.2.17-ci yarımbənddən "dövlət mühafizəsinə götürülməsi və onların” sözləri çıxarılsın və həmin yarımbəndə "təkliflər verir” sözlərindən sonra ", abidələrin siyahıya və dövlət qeydiyyatına alınmasını, pasportlaşdırılmasını həyata keçirir” sözləri əlavə edilsin;
2.1.3. 3.2.22-ci yarımbəndə "icazə verir” sözlərindən sonra ", döyüş təhlükəsi olan ərazilərdən və döyüş zonalarından daşınar abidələrin köçürülməsini həyata keçirir” sözləri əlavə edilsin;
2.1.4. aşağıdakı məzmunda 4.2.1-1-ci yarımbənd əlavə edilsin:
"4.2.1-1. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qoruqların ərazilərində və mühafizə zonalarında tarix və mədəniyyət abidələri üçün təhlükə yarada biləcək dövlət əhəmiyyətli tikinti və mühəndis-kommunikasiya işləri zamanı abidələrin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görülməsi barədə qərar qəbul edir, abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunmasına təhlükə yaratdıqda, onların hərəkətini məhdudlaşdırır və ya qadağan edir;”;
2.2. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə” üzrə:
2.2.1. 3.0.30-cu yarımbəndə "hesabat” sözündən sonra "və arxeoloji qazıntı zamanı aşkar olunmuş maddi mədəniyyət qalıqlarının siyahısını” sözləri əlavə edilsin;
2.2.2. aşağıdakı məzmunda 4.0.5-1-ci yarımbənd əlavə edilsin:
"4.0.5-1. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qoruqların ərazilərində və mühafizə zonalarında tarix və mədəniyyət abidələri üçün təhlükə yarada biləcək dövlət əhəmiyyətli tikinti və mühəndis-kommunikasiya işləri zamanı abidələrin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görülməsi barədə qərar qəbul etmək, abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunmasına təhlükə yaratdıqda, onların hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək;”.
3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1841) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3.0.31-ci yarımbəndə "dövlət nəzarətini” sözlərindən sonra "və dövlət monitorinqini” sözləri əlavə edilsin;
3.2. aşağıdakı məzmunda 3.0.33-1-ci yarımbənd əlavə edilsin:
"3.0.33-1. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qoruqların ərazilərində yerləşən yerli əhəmiyyətli abidələrin köçürülməsinə icazə vermək, döyüş təhlükəsi olan ərazilərdən və döyüş zonalarından daşınar abidələrin köçürülməsini həyata keçirmək;”;
3.3. 3.0.36-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:
"3.0.36. Qoruqların ərazilərində mühafizə dərəcəsi olan mədəni sərvətlərin, həmçinin tarix və mədəniyyət abidələrinin mülkiyyətçisi və ya istifadəçisi ilə həmin mədəni sərvətlərin qorunmasına dair mühafizə müqavilələri bağlamaq;”;
3.4. aşağıdakı məzmunda 3.0.36-1-ci və 3.0.36-2-ci yarımbəndlər əlavə edilsin:
"3.0.36-1. konservasiya mühafizə dərəcəsi olan daşınmaz mədəni sərvətlərdən məhdud dairədə istifadə olunmasına nəzarət etmək;
3.0.36-2. qabaqlayıcı mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə razılıq vermək;”;
3.5. 3.0.38-ci yarımbənddə "arxeoloji işləri qeydə almaq” sözləri "arxeoloji qazıntı və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda yerinə yetirilən elmi tədqiqat işlərini qeydə almaq, bu işləri aparan (yerinə yetirən) şəxslərdən aparılmış tədqiqat işləri barədə hesabat qəbul etmək, arxeoloji qazıntı zamanı aşkar olunmuş maddi mədəniyyət qalıqlarının siyahısını tələb etmək” sözləri ilə əvəz edilsin;
3.6. aşağıdakı məzmunda 3.0.45-1-ci və 4.0.15-1-ci yarımbəndlər əlavə edilsin:
"3.0.45-1. Qoruqların ərazilərində yerləşən tarix və mədəniyyət abidələrini siyahıya və dövlət qeydiyyatına almaq, pasportlaşdırılmasını həyata keçirmək;”;
"4.0.15-1. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qoruqların ərazilərində və mühafizə zonalarında tarix və mədəniyyət abidələri üçün təhlükə yarada biləcək dövlət əhəmiyyətli tikinti və mühəndis-kommunikasiya işləri zamanı abidələrin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görülməsi barədə qərar qəbul etmək, abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunmasına təhlükə yaratdıqda, onların hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək;”.
3600 manata “Nissan Sunny”, 11 minə “Volkswagen Passat”... - Bakıda 20 maşın hərracda satılıb
Gəncədə daha br əməliyyat: vəzifəli şəxslərə cinayət işi açıldı
Şanlıurfada terror əməliyyatı: 17 nəfər saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib - FOTO
“Badamdar Estates”in baş mühasibinə cinayət işi açılıb
Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Prezident İlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşüb - Birgə bəyanat + FOTOLAR (Yenilənib)
Emin Əmrullayevin qardaşına sərt ittiham var: "Dedi, al bu 100 mini, get və..." - Qalmaqallı məhkəmə işi (VİDEO)
Sabiq Baş nazir prorektor vəzifəsindən azad olunub
Neftçalada molla narkotik satarkən saxlanıldı - Yenilənib
MƏKTƏBDƏ 250 MİN MANATLIQ MƏNİMSƏMƏ: cinayət işi açıldı
Əli Əsədov Kahramanmaraşda: Baş nazir “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
Bakıda oteldə müəmmalı olay: iki nəfər ölüb, ağır vəziyyətdə olanlar var (YENİLƏNİB)
"Fənərbağça"nın kapitanı: "Artıq çempionluq mümkün deyil"
Çempionlar Liqası: PSJ yoxsa "Dortmund"? - Bu gecə "döyüş" olacaq
Ərdoğan Küveyt əmirini hava limanında qarşılayıb - FOTOLAR
Nəsimi rayonunda tədbir keçirilib - FOTOLAR
Sabah leysan yağacaq - Xəbərdarlıq
Bu qanunu pozanlar cərimələnəcək - 12 min manatadək
MHP sədri: "Əllərində ülkücü qanı olanların feriştahı gəlsə, bizdə yapraq belə qımıldamaz"
İsrail əsgərləri daha 22 nəfəri həbs edib
Türkiyə ordusu daha 4 terrorçunu zərərsizləşdirib - Suriyada
Saatlının yeni DYP rəisi kimdir? - Təyinat
Ədliyyə işçiləri ilə bağlı yeni qərar verildi
Növbədənkənar seçki: proporsional sistem, referendum, deputat sayı... - YAP-çı deputatdan maraqlı MÜSAHİBƏ
Əfv Məsələləri Komissiyası bu tarixdə toplanır
Aleks de Souza Türkiyəyə dönür - Bu dəfə baş məşqçi kimi
PUTİN ƏMR VERDİ: Rusiya nüvə qoşunlarını ayağa qaldırıb - Qərbin mümkün hücumuna hazırlıq başlayıb
"Yelo Bank" keçmiş vəzifəli şəxsləri məhkəməyə üz tutub
DEPUTATLAR TOPLANIB: hansı qanunlar dəyişir? - SİYAHI
Tərtərdə məktəblilər arasında dava: ölən var
Əfqanıstanda güclü sel: 15 nəfər ölüb, yüzlərlə ev su altında qalıb
İsrail ordusu Rəfahda sərhəd qapısını ələ keçirib - Ordu açıqladı
Rektor özünə daha bir xidməti maşıən alır - 110 min manata
Azərbaycan və Slovakiya arasında yeni sənədlər imzalanıb