Rektor özünə daha bir xidməti maşın alır - 110 min manata

img

07-05-2024 [09:55]


Azərbaycan Tibb Universiteti (ATU) yeni avtomobil alır.

Mia.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, ali təhsil müəssisəsi istehsal ili 2024 olan bir ədəd Toyota Avalon limited (2.5 hibrid) markalı avtomobil sifariş edib.

Full komplektasiyaya malik həmin avtomobili universitetə “Toyota Absheron Mərkəzi” təhvil verəcək.

Artıq universitetlə adıçəkilən avtomobil satış mərkəzi arasında müqavilə də bağlanıb. Müqavilənin dəyəri 110 300 manatdır.

Qeyd edək ki, ATU-nun rektoru professor Gəray Gəraybəylidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR