01-05-2019 [16:59]
Prezident İlham Əliyevi bu gün daha bir fərman imzalayıb.
Mia.az xəbər verir ki, fərmana əsasən, "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə” 2006-cı il 19 aprel tarixli 394 nömrəli və "Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 noyabr tarixli 349 nömrəli fərmanlarında dəyişiklik edilib.:
Beləliklə, "Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə aşağıdakı qərar alınıb:
1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 326; 2008, № 2, maddə 50, № 4, maddə 260, № 6, maddə 508; 2009, № 9, maddə 687, № 12, maddə 983; 2010, № 2, maddələr 83, 85; 2011, № 2, maddələr 85, 93; 2012, № 10, maddə 955; 2014, № 5, maddə 469, № 10, maddə 1181, № 12, maddə 1575; 2016, № 11, maddə 1796; 2017, № 1, maddə 62, № 3, maddə 357, № 9, maddə 1648, № 11, maddə 2017, № 12 (I kitab), maddə 2300; 2018, № 4, maddə 676, № 7 (I kitab), maddə 1452) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 8.21-ci bəndinə "prosesində” sözündən sonra "qanunvericiliklə müəyyən edilmiş hallarda” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 11, maddə 1389; 2016, № 11, maddə 1803; 2017, № 4, maddə 546) ilə təsdiq edilmiş "Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.2-ci bənddə "və” sözü ", tikintiyə icazədə tikinti işlərinin başlanılması üçün əlavə şərtlər nəzərdə tutulduqda isə” sözləri ilə əvəz edilsin;
2.2. aşağıdakı məzmunda 2.5-1-ci bənd əlavə edilsin:
"2.5-1. Məcəllənin 89.1.1-ci, 89.1.3-cü və 89.1.7-ci maddələrində nəzərdə tutulan tikinti obyektlərinə münasibətdə dövlət nəzarəti yalnız özülün quraşdırılması mərhələsində həyata keçirilir.”;
2.3. 2.12-ci bəndə "obyektlərin,” sözündən sonra "habelə Məcəllənin 89.1.1-ci, 89.1.3-cü və 89.1.7-ci maddələrində nəzərdə tutulan tikinti obyektlərinin,” sözləri əlavə edilsin və həmin bənddə "tikintisi üçün” sözləri "tikintisinə başlamaq üçün” sözləri ilə əvəz edilsin;
2.4. 2.14-cü bəndə "qeydlər aparılmaqla” sözlərindən sonra "(bu Qaydaların 2.12-ci bəndində müəyyən edilən tikinti obyektlərinə münasibətdə istisna olmaqla)” sözləri əlavə edilsin;
2.5. 2.16-cı bəndə "qeydlər aparmaqla” sözlərindən sonra "(bu Qaydaların 2.12-ci bəndində müəyyən edilən tikinti obyektlərinə münasibətdə istisna olmaqla)” sözləri, "(podratçıdan)” sözündən sonra isə "yazılı şəkildə” sözləri əlavə edilsin;
2.6. 2.19-cu bəndin birinci cümləsinə "qeydlər aparılmaqla” sözlərindən sonra "(bu Qaydaların 2.12-ci bəndində müəyyən edilən tikinti obyektlərinə münasibətdə istisna olmaqla)” sözləri, "(podratçıdan)” sözündən sonra isə "yazılı şəkildə” sözləri əlavə edilsin;
2.7. 3.1.2-ci yarımbənddən "və xüsusi nişanın” sözləri çıxarılsın;
2.8. həmin Qaydalara əlavə "Tikintidə dövlət nəzarəti jurnalı”nda "Qeydlər”in 1-ci hissəsində "və” sözü ", tikintiyə icazədə tikinti işlərinin başlanılması üçün əlavə şərtlər nəzərdə tutulduqda isə” sözləri ilə əvəz edilsin.
Komissiya: "73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb"
Bakıda 1 762 600 ədəd aksiz markasız tütün məmulatı aşkarlanıb
Girovgötürmə, zorlama və...- Bakı şəhər İcra Hakimiyyətinin xanım işçisi ilə bağlı sensasion məhkəmə işi....
Vilayət Eyvazov baş inspektoru rəis təyin edib
Dövlət Komitəsinin məsul şəxsinin oğlu elə hərəkət edib ki...
Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib - Nələr müzakirə olunub?
Xalq artisti efirdə ağladı: “Ona halallıq vermirəm” - VİDEO
Bayden Misir prezidenti və Qətər əmirindən HƏMAS-a təzyiq etmələrini istədi: "Əgər İsrailin təklifi qəbul ediləsə..."
Keçmiş spiker maraqlı fakt açıqladı: "Əlindən tutub deputat elədiklərim qaçıb gizləndi..." - "O, mənim qəhrəmanımdır"
"Fənərbağça" pulsuz göndərdi - PAOK "can çəkir"
TÜRKİYƏDƏ DAHA 6 MAFİYA ÇÖKƏLDİLDİ - 46 nəfər saxlanılıb
Aralıq dənizində yenə zəlzələ olub
Azərbaycan nefti bir dollara yaxın ucuzlaşıb
Laçın və Zabux kəndinə növbəti köç olub
12 milyonluq ulduz indi cəmi 21 manata futbol oynayır - Açıqlama
Sergen Yalçın: "Mən və köməkçilərimin maaşı vaxtında verilir, futbolçuların isə..."
"Konyaspor"un yeni baş məşqçisi bəlli olub
Türkiyənin ən böyük büdcəyə sahib 30 bölümlü serialı çəkilir - Məşhur oyunçulara rollar verilib
23 yaşlı model salonda güllələndi - FOTOLAR
Blinken Ər-Riyadda: "Qəzzada müharibə bitməlidir"
Türkiyə kəşfiyyatı terrora hazırlaşan 15 PKK-lını zərərsizləşdirib
Borrell Dünya İqtisadi Forumunda: "Bir çox Aİ ölkələri Fələstin dövlətini tanımağa hazırlaşır"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan CHP sədri ilə görüşəcək - Tarix bəlli oldu
Göyçayda vəhşət: oğul 53 yaşlı atasını döyərək öldürüb (Yenilənib)
Zelenski NATO Baş katibi ilə bir arada: "Rusiya yeni hücuma hazırlaşır" - Ukrayna Alyansa üzv olmaq istəyir
Mehriban Əliyeva: "Əməyinə və iradənə görə çox sağ ol!"
Ukrayna Azərbaycana yeni səfir göndərib (Yenilənib)
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
Qarabağ zonası minalardan təmizlənir
Sabiq rəis generalı ittiham edir, “Azərsun Holdinq”in adını çəkir: "800 min manatı generala verdim" - General və keçmiş idarə rəislərinin məhkəmə prosesi
Bakıda beynəlxalq oyun festivalı və konfrans keçiriləcək
Dövlət Su Ehtiyatları Agentliyi haqda yeni qərar imzalanıb
"Nar" hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Partiya sədrindən Nizamidəki özbaşınalığa etiraz: "İcra Hakimiyyəti kimlərə xidmət edir?" - VİDEO
İsa Qəmbər yenidən başqanlığa namizəd oldu
Ülviyyə Fətəliyeva Avropa çempionu olub
Sosial və Aqrar-Texnoloji Kollecinin gözətçisi qandallanıb
Şotlandiyanın ilk müsəlman baş naziri istefa verib - Açıqlama
Rusiya MN: "Ukraynada daha bir qəsəbəni nəzarətə götürdük"