25-04-2019 [12:10]
"Yazıçılar Birliyi Səbail rayonun ərazisində yerləşir və bu rayonun İcra başçısının birinci müavini Xalidə xanım uzun illər boyu təşkilatımıza xeyirxah münasibət bəsləyir, tədbirlərimizdə iştirak edir, yazıçıların ona aid olan bütün məsələlərini həll etməkçün əlindən gələni əsirgəmir. Əsas vəzifəsindən başqa yeniyetmələr və uşaqlarla iş üzrə rayon komissiyasının sədri kimi, Xalidə xanımın bu məsələyə necə sədaqətlə və məsuliyyətlə yanaşmasını bilirəm”.
Bu fikirlər yazıçı Anara məxsusdur.
Xalq yazıçısının 162 saylı məktəbin şagirdi Elinanın intihar hadisəsində adı çəkilən Səbail rayon icra akimiyyəti başçısının xanım müavini Xalidə Bayramovanı müdafiə etməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Hətta bu mövqeyinə görə kəskin tənqid edilib.
Mia.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca "Yeni Sabah”a bu tənqidlərlə bağlı açıqlama verib:
"Açığı, Anarın həmin məqaləsini oxumamışam. Bilmirəm nə yazıb, camaat nəyə görə onu qınayır. Anarı hər fürsətdə qınayırsınız, amma nə üçün? Niyə belə yazırlar? Anar nə yazıb ki, başa düşmədim”.
F.Qoca ardınca intihar edən şagirdin istintaqı ilə bağlı düşüncələrini bölüşüb:
"Qoyun, onlar işini görsünlər, yəni məsələ ilə bağlı istintaq davam etsin, haqq yerini tapsın. İstintaqa elə şeylər lazımdır ki, haqq yerini tapa bilsin. Biz istəmirik bunu? Haqqı müdafiə etməliyik də. Elə etmək lazımdır ki, iş bu yerlərə gəlib çıxmasın. Cinayət işlənib, qarşısını almalıyıq. İndi qələt etmişik, heç olmaya olan hadisədən nəticə çıxaraq. Hamımız məktəbdə olan hadisələrə göz yumuruq. Noldu indi, hamı birdən ayılıb. Burda artıq cinayət var. İcazə verin, aidiyyatı insanlar, bilənlər bunu araşdırsın. Nəticə ilə qane olmasaq, münasibətimizi deyərik”.
Xalq şairinin sözlərinə görə, qabaqcadan hay-küy salıb, təzyiqlə həqiqətin belini qıra bilərik:
"Bu, düzgün deyil. İndi şükür, bisavad adam yoxdur, hamı təhsillidir. Gözləyin, səbr edin. Təhsilin də başlanğıcı səbrdir. Fikrini deməyə də səbrin çatmır, çartladırsan özünü. Özünü haqlı bilirsən, hökm verəndə özünü qanun səviyyəsində tutursan. Oxucu da, tamaşaçı da öz yerini bilməlidir. Gərək hakimin, prokurorun, müstəntiqin nə dediyini bilək. Biz düşmən deyilik ki. Axtarsaq , bəlkə də hamımız qohum çıxarıq. O saat düşürlər ki, Anar düz demədi, filankəs düz deyir. Özü də bunu heç dəxli olmayan adam deyir”.
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir illə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır
Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumət qərar verdi
Ədliyyə Nazirliyi Fikrət Məmmədovun kadrlarından "təmizlənir" - Nazir Fərid Əhmədov öz komandasını fortmalaşdırır (Yenilənib)
Türkiyədə daha bir mafiya çökəldildi - Lideri həbs olunub
Bu gün Prezident Ərdoğan CHP liderini qəbul edəcək
GƏLƏN AY ÖLKƏDƏ NEÇƏ GÜN RƏSMİ İŞ OLMAYACAQ? - Qərar