"Fürsətimiz olarsa, qucaqlaşarıq..." - İmamoğlundan Ərdoğana mesaj

img

18-04-2019 [22:20]


"Əlbəttə, həyəcanlıyam, amma bu həyəcanım ağılımın önünə keçə bilməz. Məsuliyyətimin fərqindəyəm".

Mia.az xəbər verir ki, bunu İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, "AKP-dən təbrik aldınızmı?" sualına "Buradakı rəsmi telefonlardan gəlmədi, cib telefonuma isə hələ baxmamışam", - deyə cavab verib.

Jurnalistlərdən birinin "Cənab Ərdoğan İstanbula gələcək. Onu qarşılayacaqsız?" sualına isə İmamoğlu belə cavab verib: "Vəzifəm nəyi tələb edirsə, onu da edərəm. Bundan kimsənin şübhəsi olmasın. Əl tutub görüşməklə yanaşı, fürsətimiz olarsa, qucaqlaşarıq. Biz bu şəhəri barışdırmağa gəlirik".

Digər xəbərlər
SON XƏBƏRLƏR
20:37 15.02.2020

Xəzərdə zəlzələ olub