İnformasiya məsələləri üzrə məsul şəxs və etik müvəkkil təyin edilib - Nazirdən yeni əmrlər

img

18-04-2019 [11:57]


Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətovla Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Yusif Səfərova daha bir vəzifə həvalə olunub.

Mia.az nazirliyə istinadən bildirir ki, "İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq qərarı ilə informasiyanın operativ şəkildə ictimaiyyətə çatdırılması və onun əldə olunmasının təmin edilməsi, habelə ictimaiyyət və kütləvi informasiya vasitələri ilə əlaqələrin səmərəli təşkil edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov nazirlikdə informasiya məsələləri üzrə məsul şəxs təyin edilib.

Həmçinin, "Etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununa və "Azərbaycan Respublikasında Dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”ya uyğun olaraq, nazirliyin müvafiq əmri ilə Mədəniyyət Nazirliyində və nazirliyin qurumlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisəli məsələlərin həlli məqsədilə nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Yusif Səfərov etik müvəkkil təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA