17-04-2019 [16:53]
"Ayağım tam şişib, yerimə qabliyyətimi itirmişəm. Gündən-günə şişmə davam edir. Müdaxilə olmazsa, bir müddət sonra yerişimi tam itirəcəm”.
Bu fikirləri Azərbaycan ordusunun təxris olunmuş zabiti, mayor Ceyhun Salmanov deyib.
Onun sözlərinə görə, ötən ilin martında əvvəl onkoloji xəstəlik aşkarlanıb, müalicəsi üçün əməliyyat Türkiyənin Gülhanə Hərbi Hospitalında həyata keçirilə bilər.
C.Salmanov 2001-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbinin məzunu olub. İki övlad atasıdır. Müdafiə Nazirliyinin 15-ə yaxın hərbi müəssisəsində 22 il qüsursuz xidmət edib. 2014-cü ildə Fizulinin Qazaxlar kəndində döyüş tapşırığını yerinə yetirərəkən tank əleyhinə minaya düşüb. 5 hərbi qulluqçu şəhid olub, həmin hadisədən sağ qurtulan yeganə hərbiçidir. Kəllə-beyin travması alıb 2-cü qrup əlil olub və müharibə veteranıdır.
C.Salmanov deyir ki, 2018-ci ilin mart ayında qasıq-limfa düyünlərinin şişməsi nəticəsində Mərkəzi Klinik Hospitalda əməliyyat olunub. Limfa düyündə anaplastik karsinoma metastası diaqnozu qoylub. Bundan sonra 2018-ci il uyulun 1-də ordudan xəstəliyimlə əlaqədar təxris olunub.
"Tibb Baş İdarəsində Türkiyənin Gülhanə Hospitalına göndərilməyim üçün sənədlərim hazırlandı. İdarəyə dəvət olunaraq 2018-ci ilin dekabrına növbə təyin olundu.Lakin bu ilin fevral ayına kimi gözlədim, sonra isə mənə verilən mobil nömrələrə zəng çatmadı. Onkoloji xəstəlik günbəgün, adamı ölümə aparan xəstəlikdir.Hərbiçi yoldaşım Əliyar Mirzəyevi göstərə bilərəm ki, ağ ciyər xərçəngindən müalicəsi gecikdirilərək Gülhanəyə aparılan cəmi 2 həftə sonra vəfat etdi. Ayağım tam şişib, yerimə qabliyyətimi itirmişəm. Gündən günə şişmə davam edir. Müdaxilə olmazsa, bir müddət sonra yerişimi tam itirəcəm. Cənab nazirin qəbuluna düşmək istəsəm də, mümkün olmadı. Aşağı instansiya məlumatları lazımı yerə çatdırmır”- deyə C.Salmanov qeyd edib.
Hərbiçi deyir ki, müalicə üçün Gülhanəyə göndərilməlidir, lakin hansısa səbəbdən bu təşkil olunmur: "Bu gün qonşularım pul yığıb mənim müalicəmə vermək istəyir. Mən 23 il xidmət etdim ki, belə aciz duruma düşüm?Axı mən vətənimə sədaqətlə xidmət etmişəm. Medallarımın sayı-hesabı yoxdur. Dövlətimin müdafiəsində yaralanmışam. Prezident sinəmə "İgidliyə görə” medalı asıb. Başqa nə etməliyəm dövlətimə bundan artıq? 8 medalım var. Bəlkə generallarda bu qədər medal yoxdur.
Son xidmət yerim Heydər Əliyev adına Ali Hərbi Məktəb olub. Qanunda da var ki, 20 ildən çox xidmət etmişəmsə, rütbəm mayor və ondan yuxarıdırsa tibbi təminat hüquna malikəm. Cənab Zakir Həsənova da müraciət etmişəm. Dedilər gözlə səni Gülhanəyə göndərəcəyik. Az yala bir ildir gözləyirəm ki, nə vaxt ölürəm. Niyə sözüm prezidentə, nazirə çatmır.Bunu kim gizlədir? Mən ölüb getdim, bəs məndən sonra gələn hərbiçilər? Qarda-boranda erməni ilə döyüşdüm ki, belə aciz duruma düşüm? Bəlkə ayağım elə ondan şişib”.
Criminal.az
Hikmət Hacıyev: "COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər"
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq - Xəbərdarlıq
Bakıda 28 yaşlı qadını boğublar
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
"Bakı Marafonu 2024"ün qalibləri müəyyənləşib
Buraxılış imtahanı: bir şagird və nəzarətçi zaldan qovuldu
Bu gün rezidenturaya imtahan keçirilib
Heydər Əliyev Mərkəzində “20 ilin sədası” adlı konsert proqramı keçiirlib - FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda həkimi bıçaqlayıblar
"Real Madrid" 36-cı dəfə La Liqa çempionu olub
Ceyhun Bayramov Qambiyada Hakan Fidanla görüşüb
59 yaşlı kişi 67 və 58 yaşlı iki nəfəri güllələyib, daha sonra isə... - Şəkidə şok olay
Sabah Bakıda bu yollar bağlanacaq
Tovuz rayonunda zəlzələ olub
Prezident Türkiyə ilə bağlı daha iki qanunu təsdiqləyib
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - Sərəncam
Bakıda 58 yaşlı şəxs adam öldürüb
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib - DİN-də növbəti dəyişiklik (FOTO)
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib