16-04-2019 [00:55]
Qoç - Günün ilk yarısında üzləşdiyiniz problemin həllində bütün mümkün vasitələrdən istifadə edin. Rəqiblər sizin zəifliyinizi gözləyir, yeni məkrli plan qururlar. Mümkün qədər diqqətli olun. Hüquqi məsələlərin çözülməsində maraqlarınızın tam təminatına çalışın.
Günün ikinci yarısında işgüzar danışıqlarda uzunmüddətli perspektivləri nəzərə alın. Yeni layihənin startını bir müddətə təxirə salın.
Ailədəki vəziyyət gərginləşə bilər. Heç bir səbəb olmadan iradlar eşidəcəksiniz. Axşam saatlarında romantik tanışlığa can atmayın.
Buğa - Maliyyə məsələlərini tələsik həll etməyin. Tərəfdaş və şəriklərlə qarşılıqlı münasibətlərdə diqqətli olun, maraqların təsirini unutmayın. Xoşagəlməz situasiya, pul itkiləri və yalan istisna deyil. Qohumlar və yaxınlarla bəzi məsələləri müzakirə etmək olar.
Yaxşı bələd olmadığınız adamlarla müzakirələri minimuma endirin.
Ailə üzvlərinizin maraqlarını ani, müvəqqəti mənafelərinizdən üstün tutun. Qayğıkeş olsanız, ailənizdəki ortam daha da yaxşı olar.
Əkizlər - Ünsiyyətdə rahatlıq olacaq. Danışıqlar və müzakirələr üçün əlverişli zamandır. Situasiyadan yararlanın. Dəvət aldığınız tədbirlərə qatılmaqdan boyun qaçırmayın. Aktiv olun, başqalarının əldən verdikləri şanslardan siz yararlanın.
Günün ikinci yarısında maraqlı tanışlıq olacaq. Müzakirə və danışıqlar uğur vəd edir. Yaxınlarınızın qayğısına qalın, onların maraqlarını düşünün.
Axşam saatlarında romantik görüş istisna deyil. İntellektinizi nümayiş etdirin.
Xərçəng - Tələskənliyin, vurnuxmanın çox olduğu bir gündür. İşlər həddən artıq çoxdur. Aktiv təmasda olun, məktublara və mesajlara cavab verin. Prioritetləri dürüst müəyyənləşdirin. Əks təqdirdə sinirlənərək itkilərə yol verə bilərsiniz.
Günün ikinci yarısında iş və yaşam yerinin dəyişdirilməsi ilə bağlı fikirləri nəzərdən keçirin. Emosiyalarınıza nəzarət edin. Stresdən qurtulmaq üçün sakit yer arayın.
Axşam saatlarında səhhətinizin qeydinə qalın.
Şir - Adi, yeknəsək, rutin iş sizi darıxdırmasın. Belə məsələlərə başdansovdu yanaşsanız, sonradan ağır fəsadlara səbəb olacaq prosesə təkan verəcəksiniz.
Yaradıcı fəaliyyətlə məşğulsunuzsa, ideyalarından bəhrələnmə zamanıdır. Əməyinizin nəticəsini görəcəksiniz. Gəlir mənbələrinin artımı istisna deyil.
Romantik macəralar aramayın. Yeni tanışlıqlar uzunmüddətli perspektivlərə malik deyil. Ailə üzvləri və xüsusilə də uşaqlarla təmaslar sizdə xoş əhval-ruhiyyə yaradacaq.
Axşam saatlarını sevdiyiniz insana həsr edin.
Qız - Günün ilk yarısından etibarən planlarınızı həyata keçirməyə başlayın. Kiçik gecikmələr və təxirəsalmaların öhdəsindən gələ bilərsiniz. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Qətiyyətli, iradəli olun.
Fiziki əmək, ağır iş olarsa, çəkinməyin. Ruhdan düşməyin, bədbinliyə qapılmayın.
Günün ikinci yarısında yaşam arealında rekonstruksiya işlərinə başlamaq olar. Yaxınlarınızla, xüsusilə də yaşlı qohumlarla ünsiyyətdə huşyar olun. Kobudluq etməyin. Axşam saatlarında köhnə dostlarla bir araya gəlmək olar.
Səhhətinizə fikir verin. Rasionunuz sağlam olmalıdır.
Günün ikinci yarısında yaxınlarınız və dostlarla təmaslarda harmoniyaya nail olun. Axşam saatlarında sakitliyə, rəvan duruma ehtiyacınız var.
Əyləncəyə vaxt ayırmaq olar.
Əqrəb - İşgüzarlığı artırın. Praktik olun. Yaxşı ideyalar yaranacaq. Bəzi maliyyə problemlərini həll etmək şansları yaranıb. Məlumat, bilik və informasiya ilə bağlı layihə gəlir verə bilər. Ambisiyalarınız da artacaq. Potensialınızdan, bacardığınızdan artıq işlərə başlamayın.
Günün ikinci yarısında təşəxxüsünüzün qurbanı olmayın. Yaxınlarınız və dəyər verdiyiniz insanlarla kəskin mübahisələr etməyin. Münasibətləri korlamayın. Ailə büdcəsi ilə bağlı fikir ayrılıqları dartışmaya çevrilməməlidir.
Axşam saatlarında çox yeməyin. Rasionunuza fikir verin.
Oxatan - Yaşam tonusunuzun səviyyəsi yüksələcək. İntellektual fəaliyyət üçün əlverişli zamandır. Bilik və informasiyanızı artırın. Maliyyə əməliyyatları aparanda diqqətli olun. Qısa səfərə çıxmaq olar.
Yaradıcılıq və intellektual prosesin detallarına fikir verin.
Günün ikinci yarısında yaxınlarınızın xahişlərini dinləyin. Onlara yardım etməyə çalışın. İllüziyalara qapılaraq kobud səhvlərə yol verməyin.
Axşam saatlarında normal istirahət etməyə can atın.
Oğlaq - Yaradıcılıqla məşğulsunuzsa, əlverişli gündür. İntuisiyanıza güvənin. Çətin problemlərin həllini aktivləşdirmək üçün yeni ideyaya ehtiyac var. Rutin və yeknəsək metodlar işlək deyil. Ünsiyyətdə problemlər olmayacaq.
Günün ikinci yarısında başqaları ilə manipulyasiya etməyin. Dəyər verdiyiniz insanların mövqelərini nəzərə alın. Onların sözlərini qulaqardına vurmayın. Daxili nizamı qorumağa çalışın. Paxıllıq etməyin, özünüzü "ən zəif bənd" saymayın.
Axşam saatlarında yarımçıq işi başa vurun.
Dolça - Əhvalınız dəyişəcək, hətta bəlkə pisləşəcək də. Aqressiv, qıcıqlı olmayın. Kiçik iradlara sərt reaksiya verməyin. Özünüzü ələ alın. İntizamlı, soyuqqandı, təmkinli olun.
Günün ikinci yarısında mənasız işlərə vaxt ayırmayın. Yeni tanışlıqlar məsləhət deyil. Axşam saatlarını dostlarınızla keçirin. Şayiələrə, dedi-qodulara qatılmayın. Ailə qayğılarını qulaqardına vurmayın.
Balıqlar - Əməyinizin bəhrəsini görmək istəyirsinizsə, təvazökar olun. Yaxın ətrafınızdakı insanların fikirlərini və mövqelərini nəzərə alın. Kommunikativ bacarıqlarınız yüksək olmalıdır. Yeni əlaqələrin yaradılması, habelə kollektivdəki mövqelərinizin möhkəmlənməsi üçün əlverişli zamandır.
Səbatlı davranmağa çalışın.
Günün ikinci yarısında gərəksiz təmasları dayandırın. Hadisələrə real təsir imkanlarına malik adamla məsləhətləşin.
Yeni romantik tanışlıq olacaq. Sosial və peşəkar statusunuzu yüksəltməyə istiqamətlənmiş addımlar atın. Yaxınlarınızla ünsiyyətdə ifrat müstəqillik istəkləriniz narazılıqlara səbəb ola bilər (Milli.az).
Baş məşqçi: "Açığı, öldüm-dirildim"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Fransa da Fələstini dövlət kimi rəsmən tanıyıb
"Altay"da dəyişiklik - Yusuf Şimşək baş məşqçi təyin edildi
Prezident İlham Əliyev ABŞ-da: görüşlər olub - FOTOLAR (YENİLƏNİB)
Mourinyo: "Benfika" "Qarabağ"a uduzan günün sabahı..." - Ali Koç məni maraqlandırmır"
Ukrayna PUA-larla Moskvaya zərbə endirməyə başlayıb - Mer açıqladı
Əli Nağıyev III Bakı Təhlükəsizlik Forumunda: "Beynəlxalq təhlükəsizlik sisteminə təhdidlər sırasında yer alan..." - VİDEO
Ermənistan vətəndaşları Bakıda məhkəmədə - Tələblər var (YENİLƏNİB)
Möhlət hüququ olan tələbə necə "tor"a salınıb? - Məhkəmə işi
Bakı aeroportunda həyəcan siqnalı: nə baş verib?
Bakı Türk Anadolu Liseyinin yeni binasının açılış oldu
Ankarada biznesmen güllələnib - Sürücü tərəfindən
"Bu, bir neçə milyard ABŞ dolları investisiya dəyəri olan bir layihədir" - Mikayıl Cabbarov
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bələdiyyə sədri MHP-dən istefa verdi
Tələbə bıçaqlanıb
Azərbaycan Kuboku: 2025/2026 mövsümünün tam təqvimi açıqlandı
Azərbaycan IFC ilə əməkdaşlıq sazişi imzaladı
"Çox gözəl qonarar verirdilər, ancaq ərim icazə vermədi" - Qumralı İrana çağırırlarmış
Yaşar Nurinin qızı bu görüntüylə gündəmə gəldi - VİDEO
DSMF-dən pensiyalarla bağlı - Açıqlama
"Beşiktaş"ın "Kayserispor"da start heyəti dəqiqləşir - 8 futbolçu oynaya bilməyəcək
Avropa Liqası: "Fənərbağça"nın oyununu fransız hakim idarə edəcək
Adnan Əhmədzadənin vəkili: "Hər bir proses hüquq üzərindən aparılır"
Balıkəsirdə daha bir zəlzələ oldu - 4.5 bal gücündə
Samir Məhərrəmli 3 oyunluq cəzalandırılıb
Meyxanaçı Balaəlinin 34 min manatlıq saatı - VİDEO
Qəzzada itkilər artıb
Bu bankların əmlakları hərraca çıxarıldı - SİYAHI + MƏBLƏĞ
Ağdərənin Həsənriz kəndinə daha 115 nəfər köçürüldü
Bakıda gecə əyləncə klubunun fəaliyyəti dayandırılıb
Sabah yağış yağacaq
Baş Qərargah rəisi Belarusa gedib
Xüsusi karantin rejiminin müddəti uzadılıb - Hökumət qərar verdi
CHP Ərdoğanın partiyasını qabaqlayır, MHP geriləyib - Sorğu
Avtomobilinə kvadrat nömrə arzulayan sürücülərin diqqətinə! - Qanunla belə almaq olur - VİDEO