Bakıda daha bir cibgir qandallandı - Keçmiş məhkum avtobusda Yevlax sakinini soyubmuş

img

08-04-2019 [15:03]


Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb. 

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Yevlax rayon sakini E.Qasımov avtobusda cibindən pulunun oğurlandığını bildirib.

​DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Bəşirov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Digər xəbərlər
SON XƏBƏRLƏR