"Bu videonu çəkən, burada atılıb-düşən narkoman fahişələr..." - Deputat nazir və prokurora üz tutdu + VİDEO

img

31-03-2019 [17:53]


Deputat Fazil Mustafa "Kazbekə şey basım, fırranım” mahnısı ilə bağlı Baş prokuror Zakir Qaralovla Daxili işlər naziri Ramil Usubova müraciət edib.

Mia.az bildirir ki, o, nazir və baş prokurordan tədbir görülməsini istəyib: "Bu videonu çəkənləri, narkomaniyanı təbliğ edən belə bir meyxananı səsləndirənləri və burada atılıb-düşən narkoman fahişələri məsuliyyətə cəlb etmək barədə təcili tədbir görülməlidir. 

Rəsmi müraciətim də olacaqdır, bu adamların davranışı birbaşa cinayətə çağırışdır, narkomaniyanın açıq təbliğidir və buna gülən, bunu bəyənən nadan sürüsünə rağmən cəmiyyətin az-çox düşünən insanları bu cür iyrənc təbliğatdan hansı fəsadların törənə biləcəyinin fərqindədirlər. Kim bu videonu bəyənmişsə, Allah mütləq onların ocağını nəşələndirəcək, Kazbek dolduranlarla fərəhləndirəcək.

 Narkomaniyanı təbliğ edən bu fahişələrin başını keçəl vurdurub küçə süpürtdürmək ən faydalı islah işi olardı...

Burada uşaqları belə bir klipə cəlb edənləri də ifşa etmək unudulmamalıdır".



Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA