Əbülfəs Qarayev YUNESKO ilə müqavilə imzaladı

img

28-03-2019 [16:32]


Azərbaycan hökuməti ilə YUNESKO arasında iyunun 30-dan iyulun 10-dək Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkil edilməsi ilə bağlı müqavilə imzalanıb.

Mədəniyyət Nazirliyindən Mia.az-a verilən məlumata görə, sənədi Azərbaycan hökuməti tərəfdən mədəniyyət naziri Əbülfəs Qarayev, YUNESKO tərəfdən isə baş direktorun müavini Ernesto Ottone Ramirez imzalayıb.

Sənəddə tədbirin təşkili ilə bağlı həm Azərbaycanın, həm də YUNESKO-nun vəzifə öhdəlikləri əks olunub.

Bununla yanaşı, müqavilədə Komitədən əvvəl keçiriləcək Gənc Peşəkarlar Forumu və Abidə Menecerlərinin Forumunun təşkili ilə bağlı məsələlər gostərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA