Bakıda daha bir silahlı şəxs saxlanıldı

img

12-03-2019 [12:27]


Bakıda üzərində "Makarov” markalı tapança gəzdirən Lənkaran sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz silah gəzdirməkdə şübhəli bilinən Lənkəran rayon sakini X.Xəlilov saxlanılıb.

Ondan "Makarov” markalı tapança və 4 ədəd patron götürülüb.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR