İki teatrın əməkdaşlarının əməkhaqları iki dəfə artırılır

img

07-03-2019 [14:55]


 Azərbaycanda iki teatrın əməkdaşlarının əməkhaqları iki dəfə artırılır.

Mia.az "Report”a istinadən xəbər verir ki, bunlar "akademik” statusu alacaq Azərbaycan Dövlət Musiqili Teatrı və Azərbaycan Dövlət Rus Dram Teatrıdır.

Belə ki, "Teatr və teatr fəaliyyəti haqqında” qanunun 20-ci maddəsinə əsasən, akademik teatrlarda çalışan işçilərin əməkhaqlarına 100 faiz əlavə müəyyən edilir.

Prezidentin imzaladığı "Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik” statusu verilməsi haqqında” sərəncama əsasən, Nazirlər Kabinetinə bu iki teatra "akademik” statusunun verilməsini on beş gün müddətində təmin etmək tapşırılıb. Nazirlər Kabinetinin müvafiq qərarından sonra hər iki teatrın əməkdaşlarının əməkhaqları iki dəfə artırılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA