ABŞ-ın Azərbaycandakı yeni səfiri bu gün Bakıya gələcək

img

07-03-2019 [13:44]


ABŞ-ın Azərbaycandakı yeni səfiri Erl Litzenberger bu gün Bakıya gələcək.

"Report” xəbər verir ki, amerikalı diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib vəzifəsinin icrasına başlayacaq.

Xatırladaq ki, ötən gün Dövlət Departamentində Erl Litzenbergerin andiçmə mərasimi keçirilib.

Səfir Erl Litzenbergerin sələfi Robert Sekuta Azərbaycandakı diplomatik missiyasını ötən il mart aylında başa vurmuşdu.

Digər xəbərlər
SON XƏBƏRLƏR