"Seriallardakı bu məsələ bizi çox narahat edir" - MTRŞ sədri

img

06-03-2019 [17:33]


Azərbaycan teleməkanında yayımlanan serialların mövcud vəziyyəti bizi çox narahat edir.

Bu sözləri Report-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

Onun sözlərinə görə, seriallardakı ssenari mövzusu, oradakı qeyri-peşəkar aktyorların iştirakı, texniki çatışmazlıqlar, Azərbaycanın ailə dəyərlərinə uyğun olmayan mövzular, teleserialların çəkilməsində bayağı vulqar, qeyri - etik ifadələrin işlədilməsi, bəzən hətta bir qrup gənc insanların öz aralarında danışıqları, hətta lətifələri belə ədəbsiz formada efirə gətirmələri çox narahatedici məqamdır.

MTRŞ sədri qeyd edib ki, ölkədə nümayiş olunan seriallar həddən artıq çoxdur:

"Narazılıq adətən komediya və kriminal janrda çəkilən seriallarla bağlıdır. Bu seriallarda Azərbaycan ailəsinə xas olmayan hərəkətlər göstərilir. Qayınata - kürəkən, qayınana - kürəkən, ata - oğul, ata - qız, bacı - qardaş münasibətləri, hörmətsiz ağsaqqal, qeyrətsiz oğul məsələsindən efirdə geniş istifadə olunur. Bu da bizi narahat edən məqamlardandır. Mövcud narahatlığın aradan qaldırılması üçün bu gün Şurada Azərbaycan teleməkanında yayımlanan seriallarla bağlı televiziya yayımçıları və prodakşn rəhbərləri ilə görüş keçirdik. Məqsəd Azərbaycanda seriallarla bağlı mövcud vəziyyəti müzakirə edib problemləri aradan qaldırmaq yollarını tapmaqdır. Görüşdə seriallar barədə aparılan monitorinqlərin nəticələri və onların təhlilinin müzakirəsi də oldu".

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA