Vaqif Mustafayev növbəti dəfə beynəlxalq kino festivalının juri sədri oldu

img

06-03-2019 [14:47]


Xalq artisti, dünya şöhrətli kinorejissor Vaqif Mustafayev "Birlikdə qələbə qazandıq” XV Sevastopol Beynəlxalq kinofestivalına mötəbər jürinin sədri kimi dəvət olunub. 

Xatırladaq ki, görkəmli həmyerlimiz keçən il də bu festivalda jüriyə sədrlik etmək üçün dəvət olunmuşdu. Lakin gərgin iş qrafikinə görə Vaqif Mustafayev bu təklifi qəbul edə bilməmişdi. Buna baxmayaraq, "Birlikdə qələbə qazandıq” festivalının təşkilatçıları yenidən təkidlə dünya şöhrətli kinorejissorumuzu XV Beynəlxalq kinofestivala jüri sədri kimi dəvət etmişlər. 

Onu da bildirək ki, dünyanın müxtəlif ölkələrindən cəlb olunan tanınmış kino xadimləri jürinin tərkibinə daxil edimişdir.

Beynəlxalq festival bu il may ayının 12-si başlayaraq və 18 maya qədər davam edəcək. Hər il dünyanın müxtəlif ölkələrində keçirilən məşhur kinofestivallara jüri sədri kimi dəvət olunan dünya şöhrətli kinorejissor Vaqif Mustafayevə bu şərəfli və məsuliyyətli işdə uğurlar arzu edirik.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA