Nazir Türkan Cəfərovaya vəzifə verdi - Təyinat

img

06-03-2019 [12:15]


Mədəniyyət Nazirliyində yeni kadr təyinatları olub.

Nazir Əbülfəs Qarayevin müvafiq əmri ilə Cəfərova Türkan Orucəli qızı nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri təyin edilib.

T.Cəfərova bu təyinata qədər həmin sektorda baş məsləhətçi vəzifəsində çalışıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun baş məsləhətçisi vəzifəsi isə Elnarə Quliyevaya həvalə olunub.
Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov faktı təsdiqləyib.
Report

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA