Zeynəb Xanlarova Prezidentlə görüşdən danışdı: "Şərait yaradırdılar ki, öz fikirlərimizi sərbəst çatdıra bilək"

img

03-03-2019 [14:25]


Azərbaycanın və SSRİ-nin Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova son iki gündə ən çox müzakirə olunan mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun prezident İlham Əliyevlə görüşündən danışıb.

Bu haqda "Xalq qəzeti”ndə məqalə ilə çıxış edən Xanlarova bildirib ki, prezidentin və birinci xanımın tədbir iştirakçılarını diqqətlə, səbrlə dinləmələri, qaldırılan hər bir məsələyə həssaslıqla yanaşmaları, xahişlərin yerinə yetiriləməsi barədə verilən vədlər, tapşırıqlar mədəniyyət işçilərinə böyük ruh verdi.

Bu, həm də mədəniyyətə və incənətə göstərilən diqqət və qayğının təzahürü idi. "Hər kəsə bəllidir ki, möhtərəm Prezidentimiz verdiyi hər bir vədi dərhal yerinə yetirir. Biz 16 ildir ki, bunun şahidiyik. Mədəniyyət və incəsənət xadimləri ilə görüşə 2 saatdan artıq vaxt ayrılması da təsadüfi deyildi”.

Xalq artisti bildirib ki, ölkələr arasında dostluq münasibətlərinin yaradılmasında və getdikcə möhkəmləndirilməsində mədəniyyət, incəsənət və elm sahəsində əlaqələrin təsiri böyükdür: "Ulu öndər Heydər Əliyev ölkəmizdə ədəbiyyata, elmə, mədəniyyətə, incəsənət xadimlərinə həmişə diqqət və qayğı göstərib. Bu qayğı möhtərəm Prezidentimiz İlham Əliyev, birinci xanım Mehriban Əliyeva tərəfindən layiqli şəkildə davam etdirilir. Bir neçə gün əvvəl bir qrup mədəniyyət və incəsənət xadimi ilə keçirilən görüşdə də bunun şahidi olduq. Fikir verdinizmi, Prezidentimizlə görüşdə kim istədi danışdı, təkliflər verildi, xahişlər olundu. Hamını sona qədər böyük səbrlə dinlədilər, heç kimin sözünü kəsmədilər. Əksinə, şərait yaradırdılar ki, öz fikirlərimizi sərbəst çatdıra bilək. Bax, böyüklük, müdriklik budur. Mədəniyyətə, incəsənətə, bu sahənin tanınmış xadimlərinə yüksək dəyər vermək budur!

Cənab Prezident yekun nitqində bir daha bildirdi ki, qaldırılan məsələlərin hamısı qısa bir müddətdə öz həllini tapacaq. Görüşdən sonra da cənab Prezidentin, birinci xanım Mehriban Əliyevanın tədbir iştirakçıları ilə səmimi, mehriban söhbətləri, şəkil çəkdirmələri hər birimizdə böyük ruh yüksəkliyi yaratdı. Fəxr edirik ki, İlham Əliyev kimi qədirbilən,Vətənini, xalqını, millətini dərin məhəbbətlə sevən qayğıkeş, humanist Prezidentimiz var!”.

Digər xəbərlər
SON XƏBƏRLƏR