Ucarda 3 nəfər özünü binadan atmaq istəyir - İntihara cəhd

img

02-03-2019 [15:02]


Ucar rayonunda intihara cəhd edilib.

MİA.az Report-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında şəhərin Azərbaycan küçəsində qeydə alınıb. Hələlik adları məlum olmayan 3 nəfər rayon sakini hündür binanın üstünə çıxaraq özlərinə qəsd etmək istəyib.

Əraziyə dərhal hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunublar. Hazırda hər 3 şəxsi binanın üstündən endirmək üçün danışıq aparılır.

Faktla bağlı araşdırmalara başlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR