“Sədərək” Ticarət Mərkəzində yanğın - VİDEO

img

26-02-2019 [09:29]


"Sədərək” Ticarət Mərkəzində yanğın başlayıb.

Mia.az xəbər verir ki, FHN-in yaydığı məlumata görə, qurumun "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək” ticarət mərkəzinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. İlkin məlumata görə, ərazidəki anbarlardan birinin dam örtüyü yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR