Bakıda sərnişin avtobusu yandı - Video

img

22-02-2019 [17:27]


Bakıda marşrut avtobusu yanıb.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bir neçə dəqiqə əvvəl Babək və Qara Qarayev prospektlərinin kəsişməsindəki körpünün üzərində baş verib.

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev bildirib ki, yanğın hadisəsi Bakıxanov-28 May metrostansiyası istiqamətində hərəkət edən 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusda olub.

Müəyyən edilib ki, hadisə xətdə olan zaman nasazlıq yarandığından istehsalat bazasına geri qayıdan avtobusda baş verib. Mühərrik hissəsində qısaqapanma olub. Avtobusda sərnişin olmayıb.





Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA