Lənkəranda ağır qəza oldu - Yaralananlar var

img

19-02-2019 [18:57]


Lənkəran rayonunda yol qəzası baş verib.

Hadisə Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun rayonun Səpnəkəran kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Astara rayonunun Şiyəkəran kənd sakini, 1981-ci il təvəllüdlü Rahid Nail oğlu Mirzəyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Astara rayonunun Siyəkü kənd sakini, 1987-ci il təvəllüdlü Fərid İsmayıl oğlu Nobatovun idarə etdiyi "Niva" markalı avtomobil toqquşub. Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. R.Mirzəyev Reanimasiya, F.Nobatov və "VAZ-2107"nin sərnişini Şiyəkəran kənd sakini, 1987-ci il təvəllüdlü Elvin Məmmədov isə Travmatologiya şöbəsinə yerləşdirilib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR