19-02-2019 [17:10]
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Məclisin bu gün keçirilmiş plenar iclasında "Azərbaycan Respublikasında dövlət dili haqqında" və "Reklam haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə, həmçinin "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri ilə bağlı çıxış edib.
Mia.az bildirir ki, o, çıxışında relamlarda dövlət dilinin işlənməsi məsələsinin aktallığını qabardıb:
"Bizim edəcəyimiz düzəliş isə əslində texniki xarakter dayışır. Amma ümumən durum ciddidir. Çünki bu sahədəki vəziyyət həqiqətən də bərbaddır. Hər birimiz küçələrdə reklam lövhələri və elektron reklam çarxları ilə üzləşirik. Görürük ki, əksər hallarda oradakı mətnlər dövlət dilinin tələblərinə cavab vermir, dildən istifadə qaydaları kobud şəkildə pozulur.
Bəzən onu da görürük ki, xarici dildə olan mətnlər böyük verildiyi halda, dilimizdəki mətnlər kiçik hərflərlə gedir, bəzən heç görünmür. Bu, qanunlarımıza zidd olması ilə yanaşı, əlbəttə dilimizə açıq hörmətsizlikdir. Bununla eyni zamanda ölkəmizə gələn xaricilərdə özümüz barədə mənfi rəy də yaratmış oluruq.
Nəzərə alaq ki, ana dilimiz dövlətimizin rəmzidir, dövlət müstəqilliyimizə münasibətimizin göstəricisidir. Həm dövlət dili, həm də reklam haqqında qanunlardakı dəyişiklik qanunların icrasına məsuliyyət məsələsini ön plana keçirməlidir. Bizim üçün vacib olan məhz budur. İnanmaq istərdim ki, əlaqədar qurum bu məsuliyyəti dərk edərək fəaliyyət göstərəcəkdir.
Bu gün müzakirə edəcəyimiz digər iki məsələdə də reklamdan bəhs edilir. Birincidə söhbət reklamın yerləşdirilməsinin qaydalarından, icazə ilə bağlı şərtlərin sadələşdirilməsindən gedir, ikincidə isə açıq reklamda reklam dairəciyinin dairəsinin müəyyən edilməsi və eləcə də digər məsələlərdən bəhs olunur. Bunlar çox yaxşıdır. Əlbəttə, səs verəcəm. Amma ana dilimizə hörmət məsələsi çox vacibdir. Bunları nəzərinizə çatdırmaq üçün ona görə qiymətli vaxtınızı aldım”.
Deputat çıxışnda digər məsələlərə də toxunub:
"Bu məsələ də çox vacibdir. Tale elə gətirib ki, fəaliyyətimlə bağlı tez-tez xarici ölkələrdə oluram. Məlum problemlə mütəmadi olaraq qarşılaşıram. Tutaq ki, hansısa vacib məsələ ilə bağlı Bakıdan zəng gözləyirsən. Həmin zəng adətən başqa nömrədən və haralarasa dolaşıb gəlib çatır. Məsələn, Londondasansa sənə Bakıdan gələn zəng həm başqa nömrədən, həm də başqa məkandan, tutaq ki, Rusiyadan keçib gəlir. Yəni telefonun ekranında Azərbaycan yerinə, Rusiya yazılır. Bakıda da elə hallar olur və dəfələrlə təkrarlanır. Tutaq ki, Rusiyadan sənə kimsə zəng edir. Ekranda başqa nömrə və başqa ölkə. Görünür, kimlərsə müxtəlif yollarla bundan milyonlarla qazanc əldə edirlərmiş. Qanunun qəbulundan sonra yəqin bu hallar aradan qalxacaq.
Əgər söhbət telekommunikasiya sahəsindən gedirsə, mütləq bir məqamı da vurğulamaq istərdim. Bakıdan çıxıb Hacıqabula çatanda İran radiolarının dalğaları bizim radioların dalğalarını üstələyir. Hətta onları udur. Ağsu dolayında bizim radio dalğalarında ermənilərin radio verilişlərini eşidirik. Gəncədən o tərəfə gürcü radioları hakimdir. Hər bir dövlətin quru sərhəddi olduğu kimi, ona məxsus informasiya məkanının da sərhədləri var. Ölkəmizin gələcəyi naminə hər iki sərhəddimizi qorumalıyıq. İstərdim ki, bununla bağlı əlaqədar qurumlar qarşısında məsələ qaldırılsın”.
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir illə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır
Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumət qərar verdi
Ədliyyə Nazirliyi Fikrət Məmmədovun kadrlarından "təmizlənir" - Nazir Fərid Əhmədov öz komandasını fortmalaşdırır (Yenilənib)
Türkiyədə daha bir mafiya çökəldildi - Lideri həbs olunub
Bu gün Prezident Ərdoğan CHP liderini qəbul edəcək
GƏLƏN AY ÖLKƏDƏ NEÇƏ GÜN RƏSMİ İŞ OLMAYACAQ? - Qərar