Axtarışda olan şəxs Rusiyada tutularaq Azərbaycana gətirildi - Polis əməliyyatı

img

16-02-2019 [11:35]


 Azərbaycanda axtarışda olan şəxs Rusiyada tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 144-cü (Adam oğurluğu) və 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə axtarışda olan B.Qəhramani Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində tutularaq ölkəmizə ekstradisiya olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR