“Azərsu”ya məxsus maşınla sərnişin aftobusu toqquşub - Video

img

15-02-2019 [22:41]


Kürdəmirdə avtomobil qəzası baş verib.

Hadisə Bakı-Qazax yolunun 186-cı km-də, Kürdəmir rayonunun Çöhranlı kəndindən keçən hissəsində baş verib. Belə ki, sürücü Kürdəmir sakini Əzimov Fizuli Ata oğlu "Azərsu”ya məxsus "Mitsubishi" markalı avtomaşınla Bakı istiqamətində hərəkətdə olarkən yolda dönmə əməliyyatı etmək istəyib. Bu zaman arxadan gələn Alıyev İlqar Məhəmməd oğlunun idarə etdiyi sərnişinlə dolu avtobus arxadan ona çırpılıb. Hadisə vaxtı xəsarət alan olmasa da, nəqliyat vasitələrinə xeyli ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.




Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA