13-02-2019 [13:53]
Televiziyanın kütləvi informasiya vasitələrindən biri olaraq, cəmiyyətdə xüsusi yeri var və böyük təsir gücünə malikdir. Digər KİV orqanları arasında daha əhatəli təsir bağışlayan televiziyanın yaranışından müasir zamanımıza qədər keçən dövrə nəzər saldıqda necə inkişaf dövrü keçdiyini görmək mümkündür.
Televiziyanın təsir gücü verilişlər və informasiya siyasəti ilə izah olunur. Birincisi, televiziyanın müasir texnologiyası onun əhatə arealını genişləndirir və bütün nöqtələrə girişinə şərait yaradır. İkincisi, verilişlər geniş auditoriyanı əhatə edir, şüurların formalaşmasına təsir göstərir. Belə demək də olar ki, televiziya informasiya mənbəyi kimi oynadığı roluyla bərabər, həm də tərbiyəvi-əxlaqi təsir gücündə olan təsir vasitəsidir.
Televiziyanın qəzet və radiodan fərqi onun vizual görünüşlə hər bir evə daxil olmasıdır. Artıq bu informasiya vasitəsi qonaq deyil, daha bir ailə üzvüdür. Ümumilikdə isə onun yaranması müzakirələrə də yol açmaqdadır. Əsas diskussiya mövzusu tamaşaçının təlabatının ödənilməsi ilə bağlıdır. Peyk sisteminin mövcudluğu şəraitində minlərlə telekanalın əhatəsində belə təlabatı ödəməyin necə çətin olduğunu düşünmək televiziyaların yaradıcı heyətinin üzərinə düşən məsuliyyətli vəzifələrdən biridir. Hazırda müzakirə predmeti bundan ibarətdir ki, televiziya tamaşaçının təlabatını ödəməlidir, yoxsa tamaşaçı televiziyanın səviyyəsinə qalxmalıdır. Belə düşünmək olar ki, əgər televiziya adamların evinə daxil olursa, deməli təlabat mütləq ödənməlidir. Həqiqət yükü çox olan bu fikrin alternativi də var. Yəni, alternativ fikrə görə televiziya tələbatı ödəməyə cəhd etdikcə, yaradıcılıq mühitinin səviyyəsi aşağı düşür, bayağılıq artır. Bu məsələdə digər zərərli cəhət isə tamaşaçının bitib-tükənməyən tələbi hesab olunur. Müxtəlif düşüncələrin istəyinə uyğunlaşmaq, hər bir beynin təlabatının ödənilməsi sonda idarəolunmaz xaosa gətirib çıxara bilər. Çünki tamaşaçı auditoriyası müxtəlif yaş, cins və s. kimi qruplardan ibarətdir. Yaş fərqi, cins fərqi, sosial status və s. kimi halların hamısı hesablanarsa, tələblər tükənməzdir. Lakin bu təhlükəli tendensiyadan uzaqlaşmağın yolu televiziyanın idarəedici, sabitləşdirici faktora malik olması anlamıdır. Digər məqam isə ondan ibarətdir ki, televiya yaradılanda onun əsas məqsədi tamaşaçının təlabatını ödəməklə, zövqünü oxşamaqla yanaşı, milli maraqlara cavab verən informasiya siyasətinin formalaşmasında iştirakdan ibarətdir. Mübahisəli məqama diqqət çəkənlər hesab edir ki, televiziya müstəqil siyasət yürütməlidir. Lakin dünyanın böyük ölkələrinin telekanallarının informasiya siyasətinə dövlət nəzarəti onu göstərir ki, müstəqil televiziya yayımı yalnız verilişlərə aiddir. Xəbərlər isə dövlətin maraqlarına, milli maraqların qorumasına uyğun hazırlanmalıdır.
Cəmiyyətin formalaşması və təşəkkülü prosesi ardıcıl sürətdə deyil, ayrı ayrı dövrlərdə min illər boyu davam etmiş, ictimai hadisələrin gedişi cəmiyyətin formalaşmasını müəyyənləşdirmişdir. AZTV informasiyalı cəmiyyət formalaşdırmaqla yanaşı, informasiya növlərinin istehsalı, işlənməsi və ötürülməsində tutduğu mövqeyə görə digər kanallara nümunədir. Xalqın adət-ənənəsini yaşatmasını, dilinin qorunmasını fəaliyyət predmetinə çevirən kanalın digər istiqaməti peşəkar kadrların yetişdirilməsi, səviyyəli verilişlərin hazırlanmasından ibarətdir. Bu günlərdə yaradılan Bədii Şuranın əsas spektri də öz dəst-xətti olan kanalın qorunması ilə bağlıdır.
"AZTV mədəni ailə kanalıdır” söyləyənlər yanılmır. Müasir studiyalar, dünya standartlarına cavab verən texnoloji yeniliklərdən yararlanan kanalda peşəkar diktorların apardığı verilişlər, incəsənət xadimlərinin hazırladığı proqramlar zövq oxşamaqla yanaşı, informasiya bolluğu ilə seçilir. Elə buna görə də adıçəkilən kanalın fəaliyyətinə dərin düşüncə ilə baxılmalıdır. 2019-cu ilin əvvəlində Prezident İlham Əliyev cənablarının AZTV-də kadr dəyişikliyi və islahatların müxtəlif sahələri əhatə etməsi nəticəsində baş verən yeniliklər müasir televiziyanı düşüncəli tamaşaçıların zövqünü oxşayan bir məkana çevirməyə xidmət edir. Artıq yeni layihələrə start verilib, studiyalar yenilənir, uzun illərdən bəri durğunluq yaranan televiziya filmləri və tamaşalarının illik planı təsdiqlənib. Cəmiyyətdə işıqlı düşüncəsi ilə seçilən bütün ziyalılara televiziyanın qapısı açıqdır. Eyni zamanda siyasi gündəmdəki hadisələrin işıqlandırılması, tamaşaçılara doğru-düzgün çatdırılması üçün verilişlərin, talk-şouların sayı artırılıb. İctimiai-siyasi proqramlar studiyasında hazırlanan "Həftə” Analitik-İnformasiya proqramı, "Günün Nəbzi”, "Bizim Planet”, "Əsas Məsələ”, "Nəsillərin Debatı”, eləcə də Xəbərlər və Səhər Proqramları, o cümlədən digər studiyalarda hazırlanan verilişlər bugünün və tamaşaçıını tələblərinə tam uyğun şəkildə yenidən hazırlanır. Bütün bunlar yalnız tamaşaçının təlabatının ödənilməsinə hesablanıb. Dövrün tələbləri qarşısında yeni fəaliyyət planını elan edən AZTV-də canlanma hiss olunur. Bunu artıq tamaşaçı da hiss edir. Bu gün AZTV-nin kollektivi gəncləşdirilir, xarici ölkələrdən canlı bağlantılar yaradılır, ictimai-siyasi proqramların sayı artırılır. Bundan başqa, verilişlərin sosial şəbəkələrdə nümayişi üçün xüsusi personaldan ibarət qrup da yaradılıb. Bu həm tamaşaçı auditoriyasının genişlənməsinə, həm də operativliyə xidmət edəcək. Verilişlərin yeni dizaynda təqdimatı da vacib məsələlər sırasındadır. Ölkəmizdə baş verən canlanmanın, inkişafın, yeni layihələrin icrasının, insanların rifahının yaxşılaşdırılması üçün görülən işlərin əhəmiyyətinin dünya tamaşaçısına çatdırılması da mühüm əhəmiyyət kəsb edir. Məhz bu baxımdan studiyaların yeni görkəmi, son texnoloji vasitələrlə bütün bunların vizual qaydada dünyaya nümayişi indi televiziyanın əsas planları sırasındadır.
Bir sözlə, indi AZTV yeni görkəmlə, yeni planlarla tamaşaçıların qarşısına çıxır. Azərbaycanlılar üçün doğma olan, teleməkanda ata yurdu, ata ocağı hesab etdikləri bu kanalda baş verən canlanma sadə və sadiq tamaşaçını çox sevindirir. Ən azından ona görə ki, o birincidir. Birinci yaradılıb və birinciliyini də saxlamalıdır. Ümid edirəm ki, günü-gündən yenilənən və çağdaş dövrün tələblərinə cavab verən Dövlət Televiziyamız xalqımıza bundan sonra da layiqincə xidmət edəcək, milli maralarımız və dövlətçiliyimizin qorunmasında müstəsna rol oyanayacaq və müasir Azərbaycanın tarixində parlaq izlərini qoruyub saxlayacaq.
Rufiz Qonaqov
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq
13 fevral 2019-cu il
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb
ÖLKƏ LİDERLƏRİ XANKƏNDİDƏ: 17-ci Zirvə görüşündə mühüm mesajlar verildi - ÇIXIŞLAR + VİDEO (YENİLƏNİB)
SOCAR-da daha bir təyinat - FOTO
İran prezidentinin Xankəndinə səfəri başa çatıb - FOTO (Yeniləniib)
Şuşada İlham Əliyevin adından Zirvə görüşünün iştirakçılarının şərəfinə rəsmi nahar verilib - FOTO
"Başakşehir" qapıçısının müqaviləsini uzadıb
Türkiyədə 180 siyasi partiya var - Ən çox üzvü olanla ən az üzvü olan təşkilatın adı açıqlanlıb
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
"Fənərbağça" bu oyunçu ilə müqaviləni uzadıb
DEPUTATLAR DAHA 15 MƏSƏLƏNİ MÜZAKİRƏYƏ ÇIXARACAQ - Siyahı
"Milan" yarımmüdafiəçi transfer edib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
Osayi-Samuel "Birmingem Siti"yə transfer olub
Fatih Terimin yerinə məşhur məşqçi gətirilib
"Beşiktaş"ın Avstriya heyəti açıqlanıb
"Atletik Bilbao" Niko Uilyams ilə müqavilə uzadıb
"Liverpul" vəfat edən futbolçusu ilə bağlı məlumat yayıb
Super Liqanın püşkü atıldı - Derbi oyunları nə vaxt oynanılacaq?
"Yuventus" Conatan Davidi transfer edib
Şair Məmməd İsmayıl xəstəxanaya yerləşdirilib
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR (Yenilənib)
Ölkə başçıları Xankəndidə çay sürfəsi arxasında - VİDEO, FOTOLAR
“Moody’s" Azərbaycanın kredit reytinqini yüksəldib - Açıqlama
Qəzza zolağında savaş: 37 fələstinli həlak olub
Milli Məclisin növbəti iclası iyulun 8-də olacaq
Ermənilər Bakıda hakim qarşısında - Zərərçəkənlər ifadə verirlər
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Şəxsiyyət vəsiqəsində dəyişiklik təsdiqləndi - Yaşayış yeri və...
Əmlakla bağlı yeni qanun qəbul olunub
Türkiyənin 32,5 faizi heç bir partiyaya inanmır - SORĞU
Sabah hava necə olacaq? - Proqnoz
Azərbaycan–Özbəkistan: Müttəfiqlikdən Qardaşlığa Ucalan Strateji Tərəfdaşlıq.. - Gülarə Verdiyeva yazır
"İlham Rəhimovun xilaskar obrazını cəmiyyətə sırıyan qüvvələr bunu anlayırmı?" - Eynulla Fətullayevdən sərt açıqlama
VƏRƏSƏLİK İŞİ... - Ali Məhkəmə vahid məhkəmə təcrübəsi qəbul edib
İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib - FOTOLAR
Milli ləzzətin oğurluğu - Paxlavanın erməni versiyası
İlham Əliyev Şahbaz Şərifi qarşılayıb (YENİLƏNİB)