Mədəniyyət naziri Gəncə şəhərində olub

img

08-02-2019 [14:14]


Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev fevralın 7-də Gəncə şəhərində olub.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, nazir Əbülfəs Qarayev və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin qədim tarix-memarlıq abidələri olan Şah Abbas və Uğurlu xan karvansaraylarında aparılan əsaslı təmir-bərpa və yenidənqurma ilə əlaqədar son tamamlama işləri ilə tanış olublar.

Sonra nazir və şəhərin icra başçısı F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasına gəliblər. Burada yeni yaradılmış Urban Mərkəzi barədə nazirə məlumat verilib. Əbülfəs Qarayev Gəncə Dövlət Filarmoniyasında fəaliyyət göstərən musiqi kollektivlərinin fəaliyyəti ilə də maraqlanıb, kollektivlərin çıxışını izləyib.

"Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının, Kamera orkestrinin, Xalq çalğı alətləri orkestrinin və yeni yaradılmış Uşaq rəqs ansamblının, "Xəmsə” estrada ansamblının və xor kollektivinin fəaliyyəti barədə  məlumat verilib.

Mədəniyyət naziri və şəhər İcra Hakimiyyətinin başçısı daha sonra Gəncə çayının sağ sahilində Gəncə Dövlət Dram Teatrının yeni binasının inşası ilə əlaqədar görülən işlərlə tanış olublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA