30-01-2019 [00:07]
Qoç - soyuqqanlı və məntiqli davranın, hiss və emosiyalarınızın əsiri olmayın. Peşəkar fəaliyyət müstəvisində qarşılaşdığınız problemlər ilk baxışdan göründüyü kimi ağır, məşəqqətli deyil. Sualların çoxunun cavabı üzdədir.
İşdə rəhbərliklə, fəaliyyət müstəvisində nüfuzlu insanlarla dil tapın. Belə olarsa, onlar sizi dəstəkləyəcəklər.
Ailə problemlərinin əksəriyyətinin öhdəsindən təkbaşına gəlməli olacaqsınız. Çünki yaxınlarınız müşküllərin çözümü ilə bağlı baxışlarınızı və mövqeyinizi bölüşmürlər.
Mübahisyə başlamayın, uzun-uzadı izahatlara varmayın. Bunun əvəzində istədiyiniz kimi davranın.
Effektiv taktikanı seçin.
Buğa - emosional, əsəblərin tarıma çəkiləcəyi gün olacaq. Nə edəcəyinizi düşünüb çaş-baş qalmayın. Belə vəziyyət diskomfort yaradır və o, uzun müddət davam etməməlidir. Gərəksiz riskə əl atmadan ehtiyatlı davranın. Adətlərə, qaydalara, ənənələrə riayət edin. Özünüzü təhlükəyə atmayın.
Yaxınlarınızla problemlər yarana bilər. Problem barədə susub onu inandığınız insanlarla müzakirə etməmək konstruktiv davranış deyil. Hadisələrin axarına zərurət yaranarkən müdaxilə edin ki, razılıq və sakitlik hissi yaransın.
Əkizlər - özünüzə yeni çətinliklər yaradıb sonra onları böyük zəhmət və səy bahasına aşmayın. Gün maraqlıdır. Səylərinizi hədər yerə sərf etməyin.
Uzun müddətdən bəri etibar etdiyiniz insanlardan, bel bağladığınız müttəfiqlərdən biri sizi yanılda bilər. Həmin şəxs vədlərinə əməl etmir. Narahat olmayın, ruhdan düşməyin, irəliləməyə davam edin.
Yaşam potensialının səviyyəsi yüksəkdir. İfrat yorğunluqdan qorxmayın.
Heç gözləmədiyiniz halda gəlir əldə etmək, hədiyyə almaq, sürprizlə qarşılaşmaq şansınız var.
Şəxsi münasibətlərdə təşəbbüskar olun.
Axşam saatlarında normal istirahət edin.
Xərçəng - qarışıq, çətin, problemli gündür. Müşküllər qəflətən yaranır. Fəqət, istənilən hadisə və olaydan faydalanmağa çalışın. Enerjili və fəal olun. Ətrafınızdakı insanlar da nikbinliyinizdən ruhlanmalıdır. Birgə fəaliyyət üçün əlverişli gündür.
Səfər və ya səyahətə yollanmaq olar. Pozitiv emosiyalar əldə edəcəksiniz.
İşdə yeni layihə başlana bilər. Təmaslarınızı yeniləyin, zəifliyin hiss olunduğu məqamdakı geriləməni aradan qaldırın.
Təxəyyülünüzü işə salın. Sonuclar sizi nigaran qoymayacaq.
Şir - başladığınız bütün işlərdə uğura nail ola bilərsiniz. İnadkar, qətiyyətli, əzmkar olun. İlk çətinlikdən sonra geri çəkilməyin. Ünsiyyətdə səmimiyyət, açıqlıq və dürüstlük sizə yeni işgüzar tərəfdaşlarla yanaşı, əsl dostlar tapmağa da kömək edəcək.
Dəvət aldığınız tədbirlərə qatılın. Hadisələrin mərkəzində olun, baş verənləri diqqətdən qaçırmayın. Ailədə problem yaranarsa, vəziyyəti sakit və soyuqqanlı şəkildə müzakirə edərək çözün.
Qız - kiçik problemlər və əhəmiyyətsiz müşküllərə fikir verməyin, onları aşılmaz səddə çevirməyin. Müttəfiq və köməkçi tapacaqsınız. Nüfuzlu insanlardan dəstək alsanız, irəliləyişiniz sürətlənəcək.
Təşəbbüs üçün yaxşı gündür. İdeyalarınızı səsləndirin, müzakirə edin. Problemlərin qeyri-standart həll variantlarını təklif edin. Bu gün nə qədər çox diqqət cəlb etsəniz, mövqeləriniz bir o qədər möhkəmlənər.
Dostlarla görüş və romantik təmaslar üçün yaxşı gündür.
Yeni tanışlığa güvənməyin. Bu gün başlanan təmasın ciddi əlaqəyə dönmə şansı çox azdır.
Tərəzi - əlverişli və maraqlı gündür. Asanlıqla uğur əldə edə bilərsiniz. Yeni tanışlıqlar peşəkar fəaliyyət və şəxsi münasibətlər baxımından perspektivlidir.
Başladığınız işləri uğurla bitirməyə çalışın. Çoxdan bəri reallaşdırmağa çalışdığınız niyyətinizi bu gün həyata keçirə bilərsiniz.
Sənədləşdirmə, dövlət qurumlarının nümayəndələri ilə danışıqlar üçün uğurlu zamandır.
Günün ikinci yarısında yaşam potensialı səviyyəsi aşağı düşəcək. Əvvəlki günlərlə müqayisədə daha tez yorulacaqsınız. Özünüzü çox yormayın, orqanizminizi sınağa çəkməyin.
İfrata varmayın.
Əqrəb - özünüzü yaxşı hiss etmək və nikbin çalışmaq üçün aktiv fəaliyyət göstərin. Bir yerdə oturmayın. Belədə yaxın ətrafınızdakı insanlar da sizinlə hesablaşacaqlar.
İşgüzar danışıqlar üçün əlverişli zamandır.
Siyasi və ictimai proseslərə maraq arta bilər.
Gerçək şərait və yaxınlarınızın mövqelərini qulaqardına vuraraq planlarınızı reallaşdırmağa çalışmayın. Belə olarsa, sizi təəssüf və nigaranlıq gözləyir.
Ailə üzvləri ilə təmaslarda diqqətli olun. Ev işləri ilə məişət qayğılarını unutmayın.
Oxatan - emosional baxımdan çətin gündür. Mövcud problemlərə yeniləri əlavə olunur. Səbrli olun, təmkinli davranın. Çətinliklərin sayını könüllü şəkildə artırmayın. Yaxın ətrafınızdakı insanlarla münasibətlərin axarına rəğmən məntiqli olun. Sizə rəğbət bəsləyən insanlara şübhə bəsləməyin.
İşdə ciddi olun ki, təşəbbüslə çıxış edə biləsiniz. Mövqelərinizi qoruyun, fikrinizdən dönməyin. Hər şeyə rəğmən uğurlara nail ola bilərsiniz.
Maliyyə situasiyasında müsbət dəyişikliklər ola bilər.
Oğlaq - qətiyyət və inadkarlıq tələb olunan işlərdə uğur qazanacaqsınız. Risk etmək, yeni işə başlamaq olar. Görüləsi iş ilk əvvəl çətin, hətta mümkünsüz təsir bağışlasa belə, ruhdan düşməyin. İnadla çalışsanız, nailiyyətlər əldə edəcəksiniz. Vəziyyət gərginləşəndə sakit davranmaq, emosiyalara hakim olmaq çətindir. Soyuqqanlı olun.
Günün ikinci yarısında çoxdankı arzularınızdan biri reallaşa bilər. Rahat və asudə ünsiyyət zamanıdır. Taleyin sizi qarşılaşdırdığı insanlarla dil tapın.
Anlaşma və sövdələşmələr üçün əlverişli zamandır.
Dolça - müsbət təmayüllərin təsiri güclənir. Gün rahat və uğurludur. Çox çalışın, səy göstərin. Əməyinizin bəhrəsi özünü çox gözlətməyəcək.
Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. Qəbul etdiyiniz qərarların düzgün və orijinal olmasına çalışın.
Praktiki, rasional təfəkkürlü insanlarla çalışmağa üstünlük verin. İllüziyalar və hisslər dünyasına qapılan şəxslərdən kənar durun.
Yeni işə, layihəyə, münasibətlərə başlamaq üçün əlverişli zamandır. İntuisiyanızın səsinə qulaq asın.
Balıqlar - maraqlı görüşlər, məhsuldar danışıqlar günüdür. Mövqeyinizi həssas şəkildə bildirin. Önəm verdiyiniz insanları özünüzdən narazı salmayın.
İşdəki uğurlarınızı rəhbərlik görməsə də, az sonra mükafat və ya gəlir əldə edəcəksiniz.
İrəliləyiş gözlənilməz olacaq.
Yaşam arealında qayda yaratmaq üçün çalışmaq gərəkdir. Təmir və ya köçə başlamaq olar. Yaxın ətrafınızdakı insanlarla müqayisədə daha enerjili, daha diqqətli olun. Yaxınlarınızı astagəllikdə, ətalətdə suçlamayın.
Sərt davranmayın.
Milli.az
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrailə qarşı yeni raket hücumlarına başlayıb
Prezident İlham Əliyev fərman imzalayıb
İrandan Azərbaycana daha 46 nəfər təxliyə edilib
Türkiyə XİN başçısı İran XİN başçısı ilə danışdı - Xəbərdarlıq
Türkiyə hava məkanında İranın ballistik raket vuruldu - Rəsmi Ankaradan qəzəbli bəyanat
“Azərbaycan Dəmir Yolları”nda nə baş verir? - Rövşən Rüstəmov "Yüksəliş” müsabiqəsinin qalibi ilə də yola getmədi
Deputatın oğlu ilə TƏBİB arasında sövdələşmə - 400 min manatlıq
34 hakimin Ali Məhkəmədə andiçmə mərasimi olub
Fərid Bağırzadə nazir təyin olundu - O, kimdir?
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
"Sovxoz Ramana"da göl doldurulur - Araşdırma başladı
İran Hörmüz boğazında 10-dan çox neft tankerini vurub: "Vəziyyət tam nəzarətimizdədir"
ABŞ İran gəmisini vurub - 101 nəfər yoxa çıxıb, 78 nəfər isə yaralı halda xilas edilıb
Qənirə Ataşova həkimləri sifarişlə "vururmuş?" - TƏBİB sədri ilə ANS-in xanım jurnalisti haqda sensasiyalı iddialar yayıldı
“ULDUZ” JURNALININ “GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATI” SAYI ÇAP OLUNUB
Prezident İran səfirliyinə gedib başsağlığı verdi - FOTOLAR
BU ŞƏXSLƏRƏ TƏQAÜD VERİLƏCƏK - Sərəncam
“Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
TələbəPlus kartı ilə ictimai nəqliyyatda 10 faiz endirim olacaq
Pensiyalar tez ödəniləcək - Bayramlara görə
"AZƏRİQAZ"da AYLARA GÖRƏ ANORMAL MAAŞ SİSTEMİ VƏ İŞ SAATI TƏLƏBİ... - Komitə sədri işçilərin şikayətini tirajladı
Elgiz ARB-dən ayrılıb - Aparıcı sponsorları da özüylə aparıb
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılıb
MEDİA jurnalistlərə müraciət edib
"Hizbullah" İsrailə zərbə endirib - İsraildən açıqlama
Azərbaycan Kuboku: təyinatlar açıqlanıb
Axtarışda olan Azərbaycan vətəndaşları Rusiyada tutulublar
"TikTok"da qeyri-etik paylaşımlar... - Daha 3 nəfər cəzalandırıldı
Azərişıq” ASC-də yeni təyinat olub
Deputat: "Özündən həddən artıq razı məmurlar var" - "Parlament emosional qarşıdurma meydanı deyil" (MÜSAHİBƏ)
“İçərişəhər”in sektor müdiri hərbi xidmətdən necə yayınıb?
Martın 9-da buraxılış imtahanı keçiriləcək - DİM-dən xəbərdarlıq
İsrail Livanla bağlı daha bir xəritə yaydı - 30 bölgə bombalanacaq
İsrail Livanı bombalayır - Ölənlərin say artıb
İraq valisindən İranın hücumuna reaksiya: "3-cü Dünya Savaşının astanasındayıq" - "Kürdlər bu müharibəyə qarışmamalıdır"
Gedson geri dönür - İllik 3 milyon avro maaşa
İRANA QARŞI MÜHARİBƏ: 2 mindən çox hədəf vurulub - İran isə ərəb ölkələrindəki hədəflərə zərbə endirir
Trampdan Hörmüz boğazı barədə mühüm xəbərdarlıq: "Gərəkirsə..."
İran Dubayda ABŞ konsulluğunun binasını vurub - FOTO