BAXCP yetkilisi Avropa Parlamentinə müraciət etdi

img

29-01-2019 [14:37]


Tanınmış Qeyri-Hökmət Təşkilatının ( QHT ) sədri Niyaməddin Orduxanlı Avropa Parlamentinə və Avropa Təhlükəsizlik Əməkdaşlıq Təşkilatına (ATƏT) rəsmi müraciət ünvanlayıb.

Bununla bağlı Aktual.az saytına açıqlama verən QHT sədri bildirib ki, beynəlxalq təşkilatlara müraciət etməsinin əsas səbəbi Ermənistan Respublikasının "Nubarasen” təcridxanasında saxlanılan Haynews.am saytının rəhbəri və "Erməni Qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini, siyasi məhbus Mger Yegiazaryan 52 günlük açlıq aksiyasından sonra vəfat etməsidir:

" Təşkilatımın adından Avropa Parlamentinin nümayəndələrinə müraciət etdi ki, Ermənistan Respublikasının "Nubarasen” təcridxanasında saxlanılan Haynews.am saytının rəhbəri və "Erməni Qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini, siyasi məhbus Mger Yegiazaryan 52 günlük açlıq aksiyasından sonra vəfat edib. Bu şəxs siyasi fəaliyyətinə görə qondarma ittihamlarla həbs edilib və buna etiraz olaraq keçən il dekabrın 5-də aclıq aksiyasına başlayıb. Ermənistanda siyasi hakimiyyət dəyişəndən dərhal sonra yüzlərlə siyasi fəal, partiya üzvləri, keçmiş hərbiçilər həbs olunub. Ölkənin keçmiş prezidenti Robert Koçaryan hal-hazırda həbsdədir. Ermənistanda yaşanan proseslər Avropa Parlamenti (AP) kimi qurumların diqqətindən kənarda qala bilməz. Demokratik ənənələri, insan hüquqlarını əsas meyar tutan Avropa Parlamenti baş verən hadisəni sükutla qarşılamamalıdır. Xatırlatmaq istərdik ki, Avropa Parlamenti yanvar ayının 17-də təcili qaydada azərbaycanlı bloqçu Mehman Hüseynovun işi ilə bağlı Azərbaycanda qətnamə qəbul etmişdi. Orada Mehman Hüseynovun guya açlıq elan etdiyinə, bu şəxsə qarşı guya yenidən ittiham irəli sürüldüyünə etiraz ifadə olunurdu. Halbuki, bu iddiaların heç biri tam təsdiqini tapmadı və Mehman Hüseynova qarşı da heç bir yeni ittiham irəli sürülmədi. Təcridxanada mübahisə etdiyi şəxslə barışdı və məsələ müsbət həll olundu. Avropa Parlamenti Mehman Hüseynov məsələsini araşdırmadan dərhal Azərbaycan qarşı qətnamə qəbul etdi. Bu gün Azərbayan ictimaiyyəti, vətəndaş cəmiyyəti institutları Ermənistanda aclıqdan ölən siyasi məhbusla bağlı Avropa Parlamentinin analoji addımı ataraq obyektivlik naminə Ermənistana qarşı dərhal qətnamə qəbul edəcəyini gözləyir. Əks halda Azərbaycan xalqı Avropa Parlamentinin qərəzli, demokratik prinsiplərdən uzaqlaşmış, ikili standartlarla fəalliyyət göstərən qurum kimi qəbul edəcək. Parlamentarilər Ermənistanda siyasi məhbusun ölümünü sıradan bir hadisə kimi qiymətləndirməməlidir.
Sizə sual edirik: Niyə susursunuz?!
Azərbaycanı olmayan hadisələrdə ittiham edən, hədəf seçən və ona qarşı yubanmadan qətnamə çıxaran Avropa Parlamenti Ermənistanda baş verən daha ağır hadisəni niyə görməməzliyə vurur? Hər bir parlamentari üzvülərini post sovet ölkələrinə münasibət də ayrıseçkiliyə son qoymağa çağırıram! Bərabər hüquqli münasibətin olmasına əməl etməyə dəvət edirəm! Bütün bunlara son qoyulmalıdır! Müsəlman ölkələrinə ədalətli yanaşmağı və Avropada islamafobiyanın yayılmamasına imkan verməməlisiniz! Bu, bir insanlıq borcudur!”

Niyaməddin Orduxanlının sözlərinə görə, müraciət ingilis dilinə tərcümə olunaraq, hər iki qurumun rəsmi elektorn ünvanlarına göndərilib:" Bizim təşkilatın bu sahədə təcürəbəsi var. Bu günə qədər Azərbaycanın dövlət və milli maraqlarını, həmçinin Qarabağ məsələsinə dair bir necə rəsmi müraciətmiz olmuşdu. Hətta Avropa Parlamentinin bir necə deputatı rəsmi cavab məktubu da göndərmişdi. İnanıram ki, bu dəfə də beynəlxalq qurumlar və parlament üzvüləri bizim təşkilatın rəsmi müraciətinə cavab verəcəklər.”


Digər xəbərlər
SON XƏBƏRLƏR