Mələkxanım Əyyubovanın əri polkovnik oldu - Yol Polisində işləyir

img

29-01-2019 [11:05]


Xalq artisti Mələkxanım Əyyubovanın həyat yoldaşına polkovnik hərbi rütbəsi verilib. Bu barədə muğam ifaçısı instaqram səhifəsində məlumat verib.

O, həyat yoldaşı Xosrov Nəcəfovu yeni rütbə alması və ad günü münasibəti ilə təbrik edib. Sənətçi gəlininin hazırladığı tortun fotosunu izləyiciləri ilə bölüşərək sevincli olduğunu bildirib:

"Həyat yoldaşımın doğum günü və polkovnik rütbəsi almağı münasibəti ilə gözəl gəlinimin hazırladığı tort hədiyyəsi.️ Səni ürəkdən təbrik edirik, sənə möhkəm can sağlığı və işlərində müvəfəqiyyətlər arzulayırıq! Doğum günün mübarək”.

Xatırladaq ki, cütlüyün bu nikahdan iki qız və iki oğlan olmaqla 4 övladı var.

Əldə etdiyimiz məlumata görə, M. Əyyubovanın həyat yoldaşı Xosrof Nəcəfov Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının komandir müavinidir. Polkovnik-leytenant olan Nəcəfov bu yaxınlarda polkovnik rütbəsi alıb/qafqazinfo



Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA