11-12-2018 [15:07]
Boris Yeltsinin keçmiş mətbuat katibi Sergey Medvedyev Heydər Əliyevlə bağlı xatirələrini danışıb.
"Moskva-Bakı" portalına fikirlərini bölüşən Medvedyev Heydər Əliyevin jurnalistlərlə böyük məharətlə ünsiyyət yaratdığını bildirib.
"Mən Ümumittifaq radiosunda çalışırdım, daha sonra "Vremya” proqramına keçdim. Heydər Əliyevlə iki dəfə yollarımız kəsişib. Bunlardan biri "Admiral Naximov” işinin araşdırılması ilə bağlı toplantıda, digəri isə Kremldə olub. Kremldə bizim həyatla bağlı söhbətimiz oldu. Həmin görüşdə Heydər Əliyev və Yevgeni Primakov iştirak edirdi. Mən onların bu cür marağının səbəbini anlaya bilmirdim, çünki adi müxbir idim. Onlar redaksiyanın necə yaşadığı, mənim hansı maraqlarım olduğu, öz işimi necə gördüyümlə bağlı maraqlanırdılar. Mənim üçün kifayət qədər qəribə söhbət alındı.
Heydər Əliyev öz növbəsində milli elitanın yetişdirdiyi unikal insan idi. Mən onun bioqrafiyasını gözəl bilirəm. O, Azərbaycanda qalmaq istədiyini açıqlayanda icazə vermədilər və buna görə də Moskvaya getdi.
O, Kreml həyatının bütün siyasi cərəyanlarını və intriqalarını gözəl yönlənə bilirdi. O, 1985-ci ildə Qorbaçovun ölkənin lideri seçilməsini dəstəkləyəndə üzərində siyasi "buz meydançasının” təsirini hiss etdi. Sonradan həmin Qorbaçov onu xüsusi metodla uzaqlaşdırdı. Bu imza (metod) mənə tanış idi, ona görə ki, Yeltsin Moskva Şəhər Partiya Komitəsinin rəhbəri olanda onu həkimlər vasitəsilə necə istefaya göndərib, üzərindən keçmək istədiklərini yaxşı bilirdim.
Eyni formada da Heydər Əliyevlə davranmaq istəyirdilər. Onu əlil olduğuna - həm fiziki, həm də siyasi baxımdan məşğul olduğu böyük işdə çalışa bilməyəcəyinə əmin etmək istəyirdilər. Bu cür metamorfozları yaşayan liderlər elə də çox deyil. Görünür, daxildə onların hər biri buna hazır idilər. Heydər Əliyev, ümumiyyətlə, öz həyatında həddən çox siyasi xəyanətlər yaşamalı olub.
Ona heyranlıq yaradan nədir? Jurnalist korpusunun nümayəndəsi kimi deyəcəyəm. O, yeri gəlmişkən, Yevgeni Primakovdan fərqli olaraq, heç vaxt jurnalistlərdən uzaq durmağa, hansısa baryer qoymağa çalışmayıb. O, hər zaman onun vasitəsilə addımlağa cəhd edib və media nümayəndələri ilə qeyri-rəsmi, səmimiyyətlə işləyib.
Xalqa yanaşmalarla bağlı addımları ilk dəfə Qorbaçov yox, məhz Heydər Əliyev atıb. Maşın dayanır, o çıxır, vətəndaşlarla ünsiyyət qurmağa gedir və hər kəs sevinclə belə yüksək liderə sevinclə sual verir, toxuna bilir. Məncə, o, bunları səmimiyyətlə edirdi. Bu, tamamilə göstəriş naminə edilən tarix deyildi. Heydər Əliyev insanlarla ünsiyyət qurmağı sevirdi. Bəzi böyük rəhbərləri, hətta ən yaxşıları belə bunu sevmir və bacarmırdılar. Amma o, sevir və bacarırdı. Onun üçün xalq həyatının nəbzini tutmaq çox vacib idi, bununla o, informasiya toplayırdı. Sənə ərizələrin, hesabatların verilməsi bir məsələ, amma özünün insanların nə düşündükləri, hansı əhval-ruhiyyədə olduqlarını görmək ayrı məsələdir. Kağız onların əhval-ruhiyyəsini çatdıra bilməz. O, kamerton kimi insanların psixoloji vəziyyətini hiss edirdi. Görünürdü ki, o, bunu qeyri-rəsmi formada edir. Ona bu lazım idi.
O, mürəkkəb siyasi toqquşmalar və vəziyyətlərdən çıxdı. Toqquşmaların heç də hər zaman qalibi olmur. Yekunda o, qələbə qazanır və qələbəyə gedən yolu kompromislər, asan olmayan qərarlar vasitəsilə tapa bilirdi. O, siyasətçinin necə olması gərəkdiyini nümayiş etdirirdi. Onun müstəqil, çiçəklən dövlət qurmaq vəzifəsi gerçəkləşdi. İndi biz görürük ki, Azərbaycanda hansı ciddi dəyişikliklər baş verir!”/Axar.az.
Hikmət Hacıyevdən İranla bağlı açıqlama: "ABŞ-nin mümkün zərbəsi..." - "Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir"
TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: "Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək..."
Prezident onları mükafatlandırdı - SİYAHI +FOTOLAR (YENİLƏNİB)
İcra başçısı vəzifədən niyə azad edildi? - Maraqlı iddia yayıldı
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
Avropa ölkəsini sarsıdan qalmaqal - Prezidentin müşaviri ilə ombudsmanın intim videosu yayıldı (FOTO)
Sahibə Qafarovaya ağır itki üz verib