20-11-2018 [13:56]
"BMT-nin qərarı ilə hər il noyabr ayının sonuncudan əvvəlki bazar günü Ümumdünya yol qəza qurbanlarının anım günü kimi qeyd olunur. Bu il həmin tarix 18 noyabra düşsə də, anım tədbirləri adətən həftə ərzində davam edir. Hər il yol qəzalarında 1 milyondan artıq insan həlak olur ki, Azərbaycan da bundan kənarda qalmır. Son illər ölkəmizdə baş verən qəzaların sayı, ölüm və xəsarət halları get-gedə azalır. Belə ki, 2017-ci 10 ayı ərzində respublika üzrə 1499 hadisə baş verib. Nəticədə 618 nəfər həlak olub, 1406 nəfət isə xərasət alıb. 2018-ci ilin 10 ayı ərzində müqayisə apardıqda isə məlum olur ki, bu il 1432 yol-nəqliyyat hadisəsində 585 nəfər həlak olub, 1383 nəfər isə yaralanıb. Bu o deməkdir ki, ötən illə müqayisədə bu il 67 hadisə, 33 ölüm, 23 xəsarət faktı azalıb”.
Bunu DİN Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytetantı Rüfət Quliyev deyib.
Lakin DYP rəsmisi bildirir ki, bu rəqəmlər də çoxdur və hadisələrin sayını kəskin şəkildə azaltmaq üçün profilaktiki və maarifləndirici tədbirlər davam etdirilir: "Respublika ərazisində xidmət aparan yol polisi əməkdaşlarının bilik və bacarıqları, hadisələrə çevik reaksiyaları, vətən-polis münasibətinin xüsusi texniki vasitələrin köməyi ilə minimuma endirilməsi müsbət nəticələr verməkdədir. Ancaq çox təəssüflə deyirik ki, bəzi sürücülər hələ də kamera, radar və yol polisi olmayan küçə və prospektlərdə, magistral yollarda kobud qayda pozuntularına yol verirlər. Bu da son nəticədə ağır qəzalara səbəb olur.
Qeyd etmək lazımdır ki, baş vermiş yol qəzaları arasında piyadavurma hadisələri çoxluq təşkil edir, bu da piyadaların yol hərəkəti qaydalarına düzgün riayət etməməsinin nəticəsidir. Bu ilin 10 ayı ərzində inzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb və piyadaların hərəkətinə nəzarət etmək üçün əməkdaşların sayı artırılıb.
Daha sonra yol qəzalarının başvermə səbəbləri sırasında sürət həddinin aşılması və ötmə-manevr qaydalarının pozulması halları yer alır. Təəssüflə bildiririk ki, hər gün xüsusi texniki vasitələrin köməyi ilə 3-4 mindən artıq qayda pozuntusu aşkar olunur. Burada sürət həddinin aşılması çoxluq təşkil edir.
Yol polisi ümumilikdə yol qəza qurbanlarını dərin kədər hissi ilə anır, onlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir.
Sükan arxasında olarkən təkcə özünüzü yox, ailənizi, dostlarınızı, cəmiyyətimiz üçün tutduğun mövqeyi və ən əsası, qəzadan sonra geridə buraxacaqlarınızı da düşünün. Yol nəqliyyat hadisəsi əsl faciədir”.
Report
HƏMAS-la İsrail atəşkəsə razılaşıb? - İsrail təsdiqləmir, şərtlər də gizli saxlanılır
Paşinyan Moskvaya gedir - Putinlə ikitərəfli görüş olacaq
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - Xəbərdarlıq
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
Qarabağ zonasında 2046.3 hektar ərazi minalardan təmizlənib
Dövlət qulluğuna imtahan keçiriləcək
DSMF-də rəsmi yoxlama başlayıb - Açıqlama
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalandı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ DEPUTATIN RAMİZ MEHDİYEVƏ ŞOK MƏKTUBU ÜZƏ ÇIXDI: "Hörmətli ağsaqqalım..." - "Bəlkə, özləri yazıb "qol" çəkiblər?" - FOTO (YENİLƏNİB)
Rezidenturaya qəbulun nəticələri açıqlanıb
RUSİYA UKRAYNANI ADDIM-ADDIM ƏLƏ KEÇİRİR: "Xarkov və Donetskdə daha iki yaşayış məntəqəsi nəzarətə götürülüb"
Qəzzada savaşın 213-cü günü: ölənlərin sayı artlb
Hakim: "AMEA-nın vitse-prezidenti bilərəkdən, ya bilməyərəkdən cavab vermir" - Qalmaqallı məhkəmə (FOTOLAR)
Keçmiş komitə sədri hakim qarşısına çıxarılır - Korrupsiya ittihamı
Türkiyədə ağır qəza: 8 nəfər ölüb, çoxlu sayda yaralı var - FOTOLAR
Ağdərə və Qubadlıda insan qalıqları tapılıb - Prokurorluq araşdırma aparır (Yenilənib)
Joze Mourinyo Türkiyəyə gəlir - İki illik razılaşma əldə olunub
ABŞ səfiri Füzuli və Şuşada - FOTOLAR (YENİLƏNİB)
Putin beşinci dəfə and içəcək
QMİ Məhərrəmlik ayının başlanacağı tarixi açıqladı
Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - FOTO (Yenilənib)
Emin Əmrullayev yola saldı: nazir həmkarı özünə müşavir götürdü - Sabiq mətbuat katibi vəzifəyə təyin olunub
Azərbaycanla daha bir ölkə arasında viza tələbi aradan qaldırılıb
Gömrük Komitəsinin sədri özünə daha bir müşavir götürüb
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir - Dəyişiklik
ABŞ-da unikal hadisə: qadın 10 həftə ərzində lotoda iki dəfə 1 milyon dollar qazanıb - "Qənaətlə xərcləyəcəm"
Dövlət xidməti rabitə müəssisələrini "vurdu": “Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - Xəbərdarlıq
Anar Məmmədli ev dustaqlığına buraxılmadı - Məhkəmə iclası
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
İki həftə əvvəl "ərim məni döyür" harayı çəkən müğənni ölüm xəbərindən dərhal sonra dəyişdi: "Andımıza sadiq qaldıq, canım yoldaşım"
İsrail əsgərləri Tulkerim qaçqın düşərgəsini mühasirəyə alıb
SABİQ NAZİRİN OĞLUNUN ADI HALLANAN MƏHKƏMƏ PROSESİ: "90 milyon manat ayrılmışdı..." (Yenilənib)
Qəbul imtahanına qeydiyyat başa çatır
Qubad İbadoğluna elektron qolbaq taxılıb
İnəkdən quş qripinə yoluxan var - "Gözləri qıpqırmızı olub"
Neft Fondu əməkdaşları 3 günlük istirahətə 118 min manat xərcləyəcək
Qohumlarını vəzifəyə yığan sabiq nazir indidə belə danışır: "Qabiliyyəti, bacarığı olanı təyin etmək lazımdır, qohumları yox..." - VİDEO
Partiya sədri: "İstəyirlər ki, Rusiya ilə düşmən olaq" - MÜSAHİBƏ