107 saylı dairədən xanım namizəd Prezidentə şikayət etdi: "Onlara seçkiyə müdaxilə gücünü kim verib?" - FOTOLAR

"Hospitaldayam" - İqbal Ağazadə ilə Rauf Arifoğlunun bir-birini təhdid etdiyi dairədə nə baş verir?

Ərdoğan zəlzələdə ölən ana və uşağın cənazəsini çiyinində daşıdı: "Heç kəsin diqqətdən kənarda qalmayacaq"

PARTİYA DEPUTATLA BAĞLI MSK-ya ŞİKAYƏT ETDİ - İcra başçısının müavini niyə görüşlərə qatılır? + FOTOLAR

Etibar Pirverdiyevin Tbilisidə də şərikli şirkəti varmış... - "Azərenerji"nin sabiq rəhbəri haqda yeni məlumatlar yayıldı + Sənədlər

"Bu yaşda insan mübarizə aparmaz, iddiada olmaz, yol kəsməz" - Prezident təqaüdçüsündən yazıçı Anara sərt etiraz

Prezident İlham Əliyev Türkiyədə zəlzələ zonasında oxuyan azərbaycanlı tələbələrlə bağlı tapşırıq verdi

YAP-ın seçki qərarına məhəl qoymayanlar partiyadan qovulacaq - Seçkidə ikitirəlik yaradan namizədlərə mesaj verildi

YAP-ın RƏSMİ QƏRARINI POZAN HEYDƏROVUN KÖMƏKÇİSİ, YAXUD SƏDAQƏT VƏLİYEVANIN MÜAVİNİ... - Partiya ona sərt üzünü göstərəcəkmi?

İki xəstə vəfat etdi, 5 nəfər reanimasiyaya köçürüldü... - Sabirabad Rayon Mərkəzi Xəstəxanasında nə baş verir? + Açıqlamalar

"Xəbər məni son dərəcə sarsıtdı..." - İlham Əliyev Ərdoğana məktub göndərdi

PARLAMENT SEÇKİLƏRİ: deputatlığa iddialıların sayı açıqlandı - 100-ə yaxın namizəd geri çəkilib

“Yaşar İsakov rəis müavini təyin edilib” - DTX açıqlama verdi

img

12-11-2018 [13:05]


Tanınmış jurnalist Yaşar İsakov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin rəis müavini təyin olunub.

Bu barədə DTX-nin İctimai əlaqələr şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib: "Yaşar İsakov Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin əmrinə əsasən, qurumun İctimai Əlaqələr şöbəsinin rəisinin müavini təyin edilib”.

Qeyd edək ki, DTX-nin İctimai əlaqələr şöbəsinin rəisi Arif Babayevdir.

İki gün əvvəl Y.İsakovun DTX-da məsul vəzifəyə təyin olunduğu bildirilsə də, söhbətin hansı vəzifədən getdiyi açıqlanmamışdı. Y.İsakov bu təyinatadək Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. Həmin vəzifəyədək isə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyib.

Y.İsakov daha əvvəllər "Press24.az” saytının, "Birja plyus”, "Yejenedelnik” qəzetlərinin, "Bona Mente” jurnalının, "News24.az” saytının baş redaktoru olub, məqalələri "Day.az”, "1News.az”, "Aznews.az” saytlarında, "Exo” və "Naş vek” qəzetlərində dərc olunub.

Xatırladaq ki, Y. İsakov keçmiş polis zabitidir. Uzun illər Daxili İşlər Nazirliyinin Polis Akademiyasında fəlsəfə, politologiya və sosiologiya fənlərini tədris edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR