08-11-2018 [19:15]
Aqil ABBAS,
Millət vəkili
***
Deməli, belə. Məmməd Arazın bu il 85 illik yubileyi idi. Bununla bağlı Bilik Fondu (şair Qardaşxan Əzizxanlının zəhmətini xüsusilə qeyd etmək istərəm) Azərbaycan Yazıçılar İttifaqı ilə birlikdə, «birlik» sözündən xoşum gəlmir deyə «ittifaq» yazdım, bu ili «Məmməd Araz ili» elan eləmişdilər, sağ olsunlar.
Regionlarda, Bakıda şairlə bağlı görüşlər, şeir müsabiqələri, poeziya gecələri keçirirdilər, eləcə də orta məktəblərdə bu tədbirlər silsilə şəklində keçirilirdi. Şairin şeirlərini ən gözəl səsləndirən şagirdlər mükafatlandırılırdı, eləcə də şair haqqında yazılan şeirlər müsabiqəsi təşkil edilirdi. Hətta bu müsabiqədə nəinki Azərbaycandakı yaradıcı insanlar, eləcə də Cənubi Azərbaycanda, Gürcüstanda yaşayan soydaşlarımız da iştirak edirdilər və onların da arasından qaliblər müəyyənləşdi.
Bu tədbirlərin bir çoxunda şairin qohumu kimi mən də iştirak edirdim. Və hamısı da çox yüksək səviyyədə keçirilirdi, tədbirdə bəzən oturmağa yer tapılmırdı, insanlar ayaq üstə dayanmaq məcburiyyətində olurdular. Xüsusilə Qazaxda, Neftçalada və Xəzər Universitetində keçirilən tədbirlər möhtəşəm idi.
Məmməd Araz necə bir şairdi, necə bir şəxsiyyətdi – bu barədə danışmaq mənə düşməz. Amma bu bir faktdır ki, şair Səməd Vurğun kimi, Rəsul Rza kimi, Bəxtiyar Vahabzadə kimi bu xalqın ruhuna, qanına hopub. Ölkədə kimi dindirsən mütləq onun şeirlərindən hansınısa əzbər söyləyə bilər.
İndi keçək mətləbə.
Noyabrın 6-da Azərbaycan Dövlət Filarmoniyasında şairin 85 illiyi ilə əlaqədar Azərbaycan Dövlət Televiziyasının «Mədəniyyət» kanalı bir ədəbi-bədii gecə təşkil eləmişdi. Gecənin ədəbi-bədii hissəsinə söz ola bilməz. Yazıçılar İttifaqının katibi İlqar Fəhminin apardığı bu gecədə ölkənin tanınmış sənətkarları, söz xiridarları, bədii qiraət ustaları iştirak edirdilər. Amma…
Amması bu gecənin təşkilatçılarının Məmməd Araza hörmətsizliyi çox ayıb olan bir iş idi. Əvvəla, gecənin keçirilməsi ilə bağlı xalq düzgün məlumatlandırılmamışdı. Deyilənə görə, hardasa bir binanın küncünə bircə afişa vurulubmuş. Bir də televiziyada bir anons verilib.
Amma hardasa bir müğənniciyin konserti haqqında ölkənin bütün televiziyaları az qala onlarla anons verir. Və təbii ki, elə bir geyimdə ki insnanları cəlb eləsin, olsun, ona bir sözümüz yox. Gecədən az-çox xəbəri olanlar mənə telefon açır, dəvətnamə istəyirdilər. Bəlkə 100-ə qədər belə telefon açan oldu. Mən də hamısına cavab verirdim ki, vallah, bu gecəni kim təşkil edir, o qədər də məlumatlı deyiləm, mən də bir dəvətliyəm, dəvətnamə necə paylanır və kimlərə verilir bu haqda məlumatım yoxdur .
Məni gecəyə dəvət edənə telefon açdım ki, bu dəvətnamələri kim paylayır və necə əldə etmək olar. Bildirdi ki, dəqiq məlumatları yoxdur, bu dəvətnamələri kimlər paylayır və kimlərə paylayır. Yuxarıda qeyd etdiyim kimi, mənə telefon açanlara bildirdim ki, and olsun Həzrət Abbasa, mənim sizi tədbirə buraxdırmaq səlahiyyətim yoxdu.
Nə isə… Gecəyə dəvətnaməsiz gələnlər qalmışdı qapı arxasında. Filarmoniyanın giriş qapısında özündənrazı bir cavan oğlan dayanmışdı və qapını hamının üzünə bağlamışdı. Mənim özümü də sinəmdəki nişana görə, minnətlə içəri buraxdı. İnsanlar qalıb qapı arxasında, hamısı da məndən xahiş edir ki, deyin, bizi də içəri buraxsınlar. Kimə deyim? Gələnlərdən nəinki dəvətnamə, hətta dəvətnamədə yazılan yerləri soruşurlar.
Rəşad Məcidlə bayırda siqaret çəkirik.
Rəşad Məcid vəziyyətə baxıb maraqlı bir hadisə danışdı.
Deməli, bir nəfəri məscidin qapısına qoyurlar ki, içəri girənlərə nəzarət eləsin. Gələnlər dəstəmaz almaq üçün aftafa götürərkən nəzarətçi özünə bir ciddiyyət verib deyir ki, sən o aftafanı yox, bu aftafanı götür.
Soruşurlar ki, nə fərqi var?
Nəzarətçi:
- Bəs, məni bura niyə qoyublar?
Giriş qaprısında duran gənc dostumuz da həmin aftafa nəzarətçisi kimidi. Yenə sağ olsun, bildirdi ki, tədbirin başlamasına beş-on dəqiqə qalmış dəvətnaməsiz gələnləri imkan daxilində içəri buraxar.
Tədbirin başlamasına beş-on dəqiqə qalıb, zal bomboşdu, dəvətnamə ilə cəmi 15-20 adam gəlib. Qısası, tədbirin ədəbi-bədii hissəsinin iştirakçılarının sayı dəvətnamə ilə gələnlərin sayından beş dəfə çoxuydu. Nəhayət, qapıları açdılar, dəvətnaməsiz gələnlər içəri daxil olub, zalın üçdə birini doldura bildilər.
Yeri gəlmişkən, hətta Məmməd Arazın qardaşı oğlu Qorxmaz İbrahimli mənə zəng etmişdi ki, dostlar gəlmək istəyir, dəvətnaməyə kömək elə. Dedim, Qorxmaz, vallah, mənlik deyil. Dedi, onda heç olmasa ailəmi içəri buraxdır. Dedim, o da mənlik deyil, amma səni içəri buraxdıraram. Qorxmaz da məcbur olub tək gəlmişdi. Onu da içəri «Məmməd Arazın oğludu» deyib buraxdırdım.
Çox çətinliklə öyrənə bildim ki (elə bil dövlət sirridi), dəvətnamələri Dövlət Filarmoniyası paylayıb. Filarmoniyanın əməkdaşları ərinibmi, ya nə, dəvətnamələr görünür paylanmayıb. Paylananlar da elə bir biabırçı dəvətnamələrdi ki, şəklini dərc edəcəm özünüz görəcəksiniz.
Filarmoniyanın direktoru Murad Adıgözəlzadə özü orda yox idi.
Görünür, işi-gücü çoxdu, problemi çoxdu, olsun. Və bir də onu eşitdim ki, iki gün qabaq bilmirəm, nəyə görəsə ona töhmət veriblər. Bəlkə ona görə, türklər demiş, sinirlənibmiş. Və o töhmətin əvəzini Mədəniyyət Nazirliyindən çıxa bilmədiyinə görə, Məmməd Arazdan çıxıb.
Çox ayıb olan bir tədbir. Nəinki Məmməd Araza, hətta adi bir şairə də layiq olmayan bir tədbir. Amma dəvətnamə unikal bir dəvətnaməydi, dünyada analoqu olmayan dəvətnaməydi. Belə qərara gəldim ki, həmin dəvətnaməni Nizami adına Ədəbiyyat Muzeyində açılmış Məmməd Araz guşəsinə təqdim edim. Bu həmin muzeydə ən nadir eksponatlardan biri olacaq. Bu dəvətnamə muzeyə gələnlərin sayını artıra bilər.
Məmməd Arazın belə bir gecəyə, belə bir tədbirə qətiyyən ehtiyacı yoxdu. «O olmasın, bu olsun» filmində deyildiyi kimi, bəndənizi təhqir etmək istəyirdizsə, onda niyə onu bəndeyi-xanənizə dəvət edirdiz? İndi, ay Murad Adıgözəlzadə, Məmməd Arazı təhqir etmək istəyirdizsə, onda niyə onu sevənləri bəndeyi-xanənizə dəvət edirdiz?
Özünüz şəkildə görəcəksiniz, qəzet kağızında və printerlə çoxaldılmış dəvətnamələrdə nə dəvət olunanın adı var, nə də onların hansı gecəyə dəvət olunmaları göstərilir. Və bir də gülməlisi odur ki, bir dəvətnamədə aşağısı üç yer göstərilir. Allah olmayan ayıbınızı örtsün.
Mədəniyyət Nazirliyinin bu yazını oxumasını qəti qadağan edirəm. Və bu yazının mənim Məmməd Arazla qohum olmama heç bir dəxli yoxdur.
Adalet.az
PA rəsmisi: "Mediada xarici sözlərin yersiz işlədilməsi ədəbi dilin normalarını zəiflədir"
Sabah hava necə olacaq? - Proqnoz
İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib - FOTOLAR
"Gözümün nuru - Vətən" filminin təqdimatı keçirilib - FOTOLAR
Üçrəngli Qürur – Azərbaycan Bayrağına Ehtiram Günü
Tacikistanda Azərbaycanın Zəfər Günü qeyd olunub
Qumar oyunlarının reklamı: 17 nəfər saxlanılıb
Zərdabda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib
İndoneziyada məsciddə partlayış olub, xəsarət alanlar var
Corat qəsəbəsində 600 abonentin qazı kəsiləcək
Zəfər Gününün hava proqnozu açıqlanıb
DOST mərkəzləri bayram günlərində fəaliyyət göstərməyəcək
Bakıda 81 yaşlı qadın hamamda yıxılaraq ölüb
Tramp Orbanla bu gün Vaşinqtonda danışıqlar aparacaq
Naxçıvanda ağacların nömrələnməsinə başlanılıb
Serbiya Prezidentinin gələn il Azərbaycana səfəri planlaşdırılır
Tbilisidə azərbaycanlılara qarşı zorakılıq hadisəsi ilə bağlı daha bir nəfər həbs edilib
Şahbaz Şərif 7-8 noyabrda Azərbaycanda səfərdə olacaq
Nəsimidə “Zəfər Bayrağı altında Zəfərdən-Zəfərlərə!” adlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan nefti 65 dollardan aşağı düşdü
Hacı Surxay Məmmədli Prezidentə təbrik məktubu göndərib - MƏTN
Avropa Liqası: 18 oyunda hansı nəticələr qeydə alınıb?
BMT Suriya prezidenti ilə DİN başçısı haqqında sanksiyaları ləğv etdi - ABŞ-ın istəyi ilə
"Fənərbağça" ilə oyunda qırmızı kart alan Orkun Kökçü açıqlama yaydı: "Əlimdən gələni edəcəyəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"İlham Əliyevdən üstün ordusu olduğu halda, niyə davam etmədiyini soruşdum, dedi ki..."
Həsən Şaş: ""Qalatasaray" 4 komandadan başqa hər kəsi məğlub edər"
Türkiyənin "Fəlakət bölgəsi" elan edilən rayonu yenə silkələnib
Leroy Sane Almaniya milli komandasına dəvət aldı - SİYAHI
Azərbaycanda bu xanım nazir ola bilər - FOTO
Tibbi yardım təlimləri keçirilib - FOTO
Lionel Messi: "İnanılmaz bir şəhərdə yaşayıram və..."
Ziraat Türkiyə Kuboku: 4-cü turun püşkü atıldı - Qarşılaşmalar
Ərinin sifətinə 3 litr qaynar yağ töküb öldürən qadın: "Uşağın yanında məni zorladı"
Ceyhun Bayramov NATO nümayəndə heyətini qəbul edib
Əməkdar artist Vahid Əliyev vəfat edib
"Beşiktaş" "Antalyaspor" matçına hazırlaşır