08-11-2018 [12:56]
Deputat Aytən Mustafazadə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında "2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri müzakirəsi zamanı əlillərin və ehtiyacı olan ailələrə ayrılan müavinətin artırılmasını təklif edib.
Deputat Aytən Mustafazadə bildirib ki, 50-60 manata olan müavinətlər artırılmalıdır: "Evdə oturan əlilər, pensiya alan ahıllar bunu hiss etmir. Lakin hər il artırılan 5-10 manatla heç nə etmək mümkün deyil. 144 manat alan pensiya alan o pulu kommunal xərclərə verir, dərmanlarına kifayət etmir. Nə qədər bu məsələni qaldırmaq olar. Demək olar ki, hər il bu məsələlər qaldırılır. Amma ortada heç bir nəticə yoxdur. Biz deyirik ki, büdcəmiz sosialyönümlüdür. Ancaq sosialyönümlü büdcə konkret maaşlarda, pensiyalarda özünü göstərməlidir. Səttar müəllim (Səttar Möhbalıyev –red) çıxışına yaxşı başlamışdı. Amma sonra qayıtdı ki, biz bunların hamısını edə bilmərik. Ötən gün də büdcə müzakirələri zamanı Azərbaycan Belarusla müqayisə edildi. Lakin buna cavab olaraq maliyyə naziri Samir Şərifov bildirdi ki, Azərbaycanı Belarusla müqayisə etmək olmaz. Mən Samir müəllimin (Samir Şərifov –red) bu fikrinin əleyhinəyəm. Niyə Azərbaycanı belə ölkələrlə müqayisə etmək olmaz?! Azərbaycan bu gün geostrateji layihələrin həm təşəbbüskarı, həm də maliyyəçisidir”.
A.Mustafayeva deyib ki, ölkəmizin neft, qaz, qızıl ehtiyatları olmaqla yanaşı, kənd təsərrüfatı sahəsi inkişaf edir, insan kapitalına fikir verilir: "Azərbaycanın beynəlxalq reytinqlərdə mühüm yerləri tutur. Belə olan halda, ölkəmizi nəinki Belarusla, digər ölkələrlə də müqayisə etmək olar. 10 milyonluq Azərbaycan kiçik olmasına baxmayaraq, qüdrətli dövlətdir . Bu baxımdan vətəndaşlarımıza onlara layiq olan qayğını göstərə bilərik. Sosial yönümlü büdcə konkret rəqəmlərlə göstərilməli, maaş və müavinətlər artırılmalıdır”.
Daha sonra çıxış edən Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli söyləyib ki, tələbatla təminat düz mütənasibdir: "İldən-ilə rəqəmlər artır. Lakin bunlar gündəlik tələbata cavab vermir. Bu istiqamətdə addımlar davam etdirilməlidir”.
Modern.az
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib - FOTO
“Badamdar Estates”in baş mühasibinə cinayət işi açılıb
Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Prezident İlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşüb - Birgə bəyanat + FOTOLAR (Yenilənib)
Emin Əmrullayevin qardaşına sərt ittiham var: "Dedi, al bu 100 mini, get və..." - Qalmaqallı məhkəmə işi (VİDEO)
Sabiq Baş nazir prorektor vəzifəsindən azad olunub
Neftçalada molla narkotik satarkən saxlanıldı - Yenilənib
MƏKTƏBDƏ 250 MİN MANATLIQ MƏNİMSƏMƏ: cinayət işi açıldı
Əli Əsədov Kahramanmaraşda: Baş nazir “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
Bakıda oteldə müəmmalı olay: iki nəfər ölüb, ağır vəziyyətdə olanlar var (YENİLƏNİB)
"Fənərbağça"nın kapitanı: "Artıq çempionluq mümkün deyil"
Çempionlar Liqası: PSJ yoxsa "Dortmund"? - Bu gecə "döyüş" olacaq
Ərdoğan Küveyt əmirini hava limanında qarşılayıb - FOTOLAR
Nəsimi rayonunda tədbir keçirilib - FOTOLAR
Sabah leysan yağacaq - Xəbərdarlıq
Bu qanunu pozanlar cərimələnəcək - 12 min manatadək
MHP sədri: "Əllərində ülkücü qanı olanların feriştahı gəlsə, bizdə yapraq belə qımıldamaz"
İsrail əsgərləri daha 22 nəfəri həbs edib
Türkiyə ordusu daha 4 terrorçunu zərərsizləşdirib - Suriyada
Saatlının yeni DYP rəisi kimdir? - Təyinat
Ədliyyə işçiləri ilə bağlı yeni qərar verildi
Növbədənkənar seçki: proporsional sistem, referendum, deputat sayı... - YAP-çı deputatdan maraqlı MÜSAHİBƏ
Əfv Məsələləri Komissiyası bu tarixdə toplanır
Aleks de Souza Türkiyəyə dönür - Bu dəfə baş məşqçi kimi
PUTİN ƏMR VERDİ: Rusiya nüvə qoşunlarını ayağa qaldırıb - Qərbin mümkün hücumuna hazırlıq başlayıb
"Yelo Bank" keçmiş vəzifəli şəxsləri məhkəməyə üz tutub
DEPUTATLAR TOPLANIB: hansı qanunlar dəyişir? - SİYAHI
Tərtərdə məktəblilər arasında dava: ölən var
Əfqanıstanda güclü sel: 15 nəfər ölüb, yüzlərlə ev su altında qalıb
İsrail ordusu Rəfahda sərhəd qapısını ələ keçirib - Ordu açıqladı
Rektor özünə daha bir xidməti maşıən alır - 110 min manata
Azərbaycan və Slovakiya arasında yeni sənədlər imzalanıb
Ağsuda əməliyyat: saxlanılan var
"Göbək rəqsi" ilə qısa müddətə bir milyon dollar qazandı - FOTOLAR