Abşeronda silahlı insident - Duz biznesi ilə məşğul olan şəxs yeznəsini güllələdi

img

30-10-2018 [10:43]


Abşeronda silahlı insident olub.

"Report"un məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsindəki duz gölündə qeydə alınıb.

Qəsəbə sakini, 1982-ci il təvəllüdlü Şahin Salahov aralarında yaranmış mübahisə zəminində ov tüfəngi ilə yeznəsi, Naxçıvan sakini, 1984-cü il təvəllüdlü Musa Novruzovu güllələyib. Ayağından güllə xəsarəti alan M. Novruzov xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hər iki şəxs duz biznesi ilə məşğul olub

Faktla bağlı Abşeron Polis İdarəsində cinayət işi başlanıb, istintaq gedir.

Digər xəbərlər
SON XƏBƏRLƏR