“BakıBus”lar bir-biri ilə toqquşdu - FOTO

img

24-10-2018 [12:13]


Bu gün səhər saatlarında Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində 1 və 13 nömrəli "Bakı Bus” avtobusları toqquşub.

Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Hadisə nəticəsində sərnişinlərin xəsarət almadığı qeyd edilib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev saytımıza açıqlamasında bildirib ki, hazırda hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, bir neçə gün öncə "Bakı Bus”un 3 avtobusu bir-birinə çırpılmışdı.




Digər xəbərlər
SON XƏBƏRLƏR