04-10-2018 [12:21]
Valyuta və eləcə də dünya bazarındakı son dəyişikliklər ilə bağlı daha çox müzakirə edilən məsələlər kursun o cümlədən qiymətin necə dəyişməsi ilə bağlıdır.
İqtisadçı Vüqar Bayramov bu və digər suallarla bağlı Mia.az-a açıqlama verib. Ekspert bildirib ki, bu ilin sentyabrında valyuta hərraclarında 394,8 milyon dollar satılıb:
"Avqust ayında Dövlət Neft Fondu valyuta bazarına 733,7 milyon dollar satmışdı. Deməli, dollara tələb sentyabrda əvvəlki aya nisbətən 46.2 faiz azalıb. Sentyabrda dollara satışının azalması avqust ilə müqayisədə idxala tələbin aşağı düşməsi ilə bağlıdır. Belə ki, avqust ayında yeni tədris ilinin başlanması ilə bağlı olaraq idxal artır və sahibkarlar sentyarbda əsasən idxal etdikləri məhsulları realizə edirlər. Eyni zamanda, Rusiya valyuta bazarındakı stabillik də Azərbaycanda dollara olan tələbin yumşalmasına təsir göstərdi. Sentyabrın 10-da 1 dollar almaq üçün 70 rubl ödəmək lazım idisə ötən ayn 30-da bu göstərici 65 rubladək azaldı. Bu isə Azərbaycanın valyuta bazarında yığım məqsədli xarici valyuta tələbini aşağı salıb.
V.Bayramov növbəti aylarda dollara tələbin necə dəyişəcəyilə bağlı da fikirlərini bölüşüb:
"Neftin dünya bazar qiymətinin yüksək olmasına rəğmən ölkəmizdə dollara tələbin yenidən dekabr ayında artacağı gözlənilir. Bu maliyyə ilinin sonuncu ayı olması səbəbindən dövlət və özəl qurumların xarici borc öhdəliklərinin yerinə yetirməsi, idxalda və büdcə xərcləmələrində gözlənilən artımlar və xarici səfərlərin sayının artması ilə bağlıdır”.
İqtisadçı qeyd edib ki, manatın məzənnəsinin müəyyənləşməsində Mərkəzi Bank aparıcı mövqeyini qoruyub saxlayır:
"Deməli, kursun necə dəyişməsi birbaşa Mərkəzi Bankdan asılı olacaq. Amma baş bankın son açıqlamalarından görünür ki, Mərkəzi Bank manatın məzənnəsinin möhkəmlənməsində maraqlı deyil. Sözügedən bank mövcud kursu qoruyub saxlamaqa çalışır. O baxımdan, neftin qiymətini yüksək olmasına baxmayaraq manatın möhkəmlənməsinin hələlik Mərkəzi Bankın gündəliyində olmadığı anlaşılır”.
Ekspertin "Neftin qiymətində son sıçrayış nə ilə bağlıdır?” sualına cavabı belə olub:
"Son qiymət artımları İrana qarşı tətbiq edilən sanksiyalar fonunda OPEC+ formatının son toplantıda hasilatının daha da artırlması ilə bağlı razılıq əldə edə bilməməsi ilə əlaqədardır. Eyni zamanda, sentyabrda hasilatı avqust ayı ilə müqayisədə kəskin artıracağı ilə bağlı vədlərinə baxmayaraq, Səudiyyə Ərəbistanı neft ixracatını gündəlik cəmi 50 min barel artırıb. Bu müddətdə OPEC ölkələri üzrə ümumi gündəlik artım cəmi 90 min bareldir. Bu isə karterin sentyabr ayında gündəlik 32.85 milyon barel neft hasil etməsi deməkdir.
Digər tərəfdən, İran və Veneseulada neft ixracatı azalmaqdadır. İranın neft ixracatında ötən ay gündəlik 100 min barel azalma qeydə alınıb. Bu isə o deməkdir ki, İrana tətbiq edilən genişləndirilmiş sanksiyalar fonunda neftə olan qlobal tələbi tam ödəməkdə çətinliklər qalmaqdadır. Bu isə neftin qiymətindəki artımları şərtləndirir. Tramp Administrasiyası isə hələlik neftin qiymətindəki artımları əngəlləməkdə maraqlı görsənmir. Əslində, ABŞ İrana yeni sanksiya tətbiq etməklə qiymət artımlarını təşviq edib”.
O deyib ki, mövcud ssenarilərə uyğun olaraq neftin qiyməti noyabrın 5-dən sonra İrana tətbiq edilən sanksiyaların ikinci mərhələsindən asılı olacaq:
"ABŞ İrandan neft idxal ölkələrə sanksiya tətbiq edərsə o zaman neftin qiymətində yeni sıçrayış ola bilər. Bu dünya bazarından gündəlik 1.1 milyon barel neftin çəkilməsi deməkdir. Bununla belə, orta və uzun müddətli dövr üçün neft bazarında yüksə qiymətlər proqnozlaşdırılmır. Güman olunur ki, dekabrdan başlayarq OPEK bazara daha çox neft çıxara biləcək və bu da tələbib tənzimlənməsinə imkan verəcək. Digər tərəfdən, noyabrda ABŞ-da keçirilən aralıq seçkilərin nəticələri neft bazarında qiymətin necə dəyişəcəyinə birbaşa təsir göstərəcək”.
"Azərbaycanfilm" kinostudiyasının ərazisində yanğın olub - VİDEOLAR
AFFA-da Qurban Qurbanovsuz daha bir iclas... - Baş məşqçi niyə “ofsayd”da qalıb? (VİDEO)
Təhsildə sertifikasiya fırıldağı: elə bir sistem qurublar ki... - Kamran Əsədov yazır
Əmirbəyov Ermənistanla sülh müqaviləsindən danışdı: "Tərəflər onun bağlanmasına heç vaxt olmadığı qədər yaxındırlar"
DİREKTOR VƏ MÜAVİNİ MAŞINLARINI KİMƏ YUDURDUR? - Bakı məktəbində rüsvayçılıq + RƏSMİ REAKSİYA
Narkotik maddələr satan ata və oğlu tutulub
Kəlbəcərdə yük maşını çaya aşıb - Sürücü ölüb
Polkovnik generalı əvəzlədi - MN-də daha bir dəyişiklik
Bakıda Gürcüstan vətəndaşları saxlanılıb
Azərbaycan nefti bahalaşıb
Prezident İlham Əliyevdən Ordu Günü ilə bağlı paylaşım - FOTO
Məhərrəm ayı başlayıb
Bu gün Silahlı Qüvvələri Günüdür
"PUTİN ZOR VƏ ÇƏTİN ADAMDIR" - "Gələn həftə İranla danışacam, ola bilsin, razılaşdıq"
Rusiya Qətər və İsrailə uçuşlara icazə verdi, İrana isə...
Tovuzda kütləvi zəhərlənmə olub (YENİLƏNİB)
Ərdoğan: "Trampla S-400 haqda danışmadıq, F-35-lər..."
Tramp: "NATO-nun büdcəsi bir trilyon dollardan çox artacaq"
Hakim politoloq Azər Qasımlıya "yox" dedi
Ceyhun Bayramov İran səfiri ilə bir arada - Müzakirə + FOTOLAR
Ordu günü Bakı, Gəncə, Xankəndi və Laçında yürüş olacaq
Ceyhun Bayramov Sudanın yeni səfiri ilə görüşüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
Muxtar Babayevin statusu müəyyənləşdi
Bakıda kassadan 34 600 manat pul oğurlayan şəxs saxlanılıb
BU RAYONLARA PROKUROR TƏYİNATI OLDU - Siyahı (YENİLƏNİB)
İran MAQATE ilə vidalaşır - Parlament qanun layihəsini qəbul etdi
Qəzzada 32 fələstinli həlak olub
Rövşən Nəcəf AFFA rəhbərliyini SOCAR-a toplayıb
İlham Əliyev Türk Dövlətləri Təşkilatı ilə bağlı sazişi təsdiqləyib
“Kontakt Home” haqqında rəsmi araşdırma başlayıb - Qanunu pozub
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bir test sualı üçün 3 manat ödənilir: "Əgər Elnur Əliyev oranı da caynağına keçirməyibsə..." - "Əliboş gedirdik bunkerə..."
NATO liderləri Haaqada qapalı müzakirə aparırlar
İstintaq və təhqiqatçılara yeni səlahiyyət verilib - Prezidentdən daha bir dəyişiklik
HƏRBÇİLƏRİN CİNAYƏTLƏRİ... - Prezident dəyişikliyi təsdiqlədi
"SƏNİN ŞTATIN İXTİSARA DÜŞDÜ" DEYİRLƏR, LAKİN... - "Azəriqaz"da etirazlar kütləviləşir
7 İsrail hərbçisi öldürülüb - 2 yaralı var
Əsəd Əsədzadə saxlanılıb