Mursi Türkiyəyə getmək təklifini rədd edib

img

10-07-2013 [16:08]


Misirdə ordunun devirdiyi ölkə prezidenti Məhəmməd Mursiyə Türkiyəyə getmək təklif edilib. Mursinin saxlanma müddətində yaşanan maraqlı bir detal mətbuata yayılıb.

Türkiyə mətbuatının xəbərinə görə, ordu Mursiyə "Türkiyəyə get" deyə müraciət edib. Hökumətə bağlı olan "Əl Ahram" qəzetinin yazdığına görə, ordunun Mursiyə Misir tərk edərək getməyi təklif etdiyi siyahıda 3 ölkə olub - Türkiyə, Qətər və ya Yəmən. Lakin, o, ölkəsindən ayrılmayacağını deyərək bu təklifi rədd edib.

Ölkədə həbsdə olan Mursi və "Müsəlman qardaşları"nın 35 rəsmisi haqqında araşdırma başlanılıb(ANS PRESS).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA